Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Muxtar Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Muxtar Abdullayev
Abdullayev Muxtar Nağı oğlu
Muxtar Abdullayev
Muxtar Abdullayev.
Doğum tarixi 1896(1896-00-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 12 oktyabr 1937 (41 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi güllələnmə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı

Muxtar Abdullayev (1896–1937) — Azərbaycan sovet dövlət xadimi. Müxtəlif illərdə Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Qazax, Şamxor, Göyçay rayon və Nuxa şəhər sovetinin icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1896-cı ildə Nuxada anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Nuxada rus-tatar məktəbində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Muxtar Abdullayev.

1920 – 1935-ci illərdə, müxtəlif vaxtlarda, Dağıstan MSSR-in Xasavyurt rayonunun poçt rəisi, Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Zaqatala-Şəki mahalının prokuroru, Qazaxda, Şamxorda və Göyçayda rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.

1935 – 1937-ci illərdə Nuxa şəhər Soveti İcraiyyə Komitəsinin sədri olub.

Həbs edilməsi, güllələnməsi və bəraət alması[redaktə | HTML redaktə]

16 avqust 1937-ci il tarixdə siyasi ittihamlarla həbs edilib.

12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnib.

6 iyun 1957-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 1937-ci ildə onun barəsində qaldırılmış cinayət işinə cinayət tərkibi olmadığına görə xitam verib.

Partiyalığı[redaktə | HTML redaktə]

1925-ci ildən ÜİK(b)P-nın üzvü olmuş, 16 avqust 1937-ci il tarixdə həbs edildikdən üç gün sonra – 19 avqust 1937-ci il tarixdə, partiyadan xaric edilmişdir. Bəraət aldıqdan on ay sonra – 15 aprel 1958-ci il tarixdə, Sov.İKP üzvlüyü bərpa olunub.

1937-ci ildə həbs edilərkən ailə tərkibi[redaktə | HTML redaktə]

Oğulları: Məmməd – 13 yaş, Barat – 10 yaş, Yaqub – 15 yaş, Əhməd – 9 yaş, Qüdrət – 8 yaş, Firudin – 5 yaş.

Qızları: Rəfiqə – 7 yaş, Rəna – 6 aylıq.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Mete Ə. Muxtar Abdullayev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 389-390. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Abdullayev Muxtar // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 29. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. "Абдуллаев Мухтар Наги оглы (1896)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 01 Mar 2021 tarixində arxivləşdirilib.