Anar Əzizsoy
Anar Əzizsoy — incəsənət tarixi üzrə fəlsəfə doktoru, professor, Karabük Universiteti (Türkiyə) incəsənət tarixi kafedrasının qərb incəsənəti və müasir incəsənət şöbəsinin rəhbəri, İslam Ensiklopediyasının bölüm yazarı.
Anar Əzizsoy | |
---|---|
Əzizsoy Anar Fərhad oğlu | |
Anar Əzizsoy, 2019-cu il. | |
Doğum tarixi | 13 iyul 1977 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | incəsənət tarixi |
Elmi dərəcəsi | incəsənət tarixi üzrə fəlsəfə doktoru |
Elmi adı | professor |
Təhsili | Trakya Universiteti (bakalavriat, 1995−2001; magistratura, 2002−2005; Ədirnə, Türkiyə) |
Atası | Fərhad Əzizov |
Anası | Şərafət Əliyeva-Əzizova |
Adının digər versiyaları | Anar Ezizsoy, Anar Azizsoy, Анар Эзизсой, Анар Азизсой, Анар Әзизсој |
Haqqında məlumatlarRedaktə
13 iyul 1977-ci il tarixdə Şəkidə anadan olub.
TəhsiliRedaktə
1984 − 1992-ci illərdə Şəki şəhər M.Qorki adına 10 nömrəli orta məktəbində,
1992 − 1995-ci illərdə isə Türkiyənin Konya şəhərindəki liseydə oxuyub.
1995 − 2001-ci illərdə Trakya Universitetinin (Ədirnə, Türkiyə) bakalavriatında,
2002 − 2005-ci illərdə isə həmin universitetin incəsənət tarixi kafedrasının magistraturasında təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
2010 – 2016-cı illərdə Batman universitetinin mədəni irsin qorunması və bərpası kafedrasında dosent köməkçisi,
2014 – 2016-cı illərdə isə həmin kafedranın rəhbəri olub.
2016-cı ildən Karabük Universiteti (Türkiyə) incəsənət tarixi kafedrasının qərb incəsənəti və müasir incəsənət şöbəsinin rəhbəridir.
Elmi fəaliyyətiRedaktə
2010-cu ildə İstanbul Universitetinin incəsənət tarixi kafedrasında “Azərbaycanın şimal-qərb bölgəsinin memarlıq üslubu” adlı mövzuda dissertasiya müdafiə edərək incəsənət tarixi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2017-ci ildə dosent elmi adını alıb.
Bakı Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun 2007 − 2017-ci illər ərzində apardığı qazıntı və bərpa işlərində arxeoloq Nəsib Muxtarovun rəhbərlik etdiyi Şimal Qərb Bölgəsi Arxeoloji Ekspedisiyasının üzvü kimi, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Şimal Qərb Zonasında Turizmin İnkişafı” layihəsində incəsənət tarixi mütəxəssisi kimi iştirak edib. Azərbaycan, Orta Asiya, Anadolu memarlıq əlaqələrini əhatə edən mövzularda beynəlxalq konfrans və simpoziumlarda çıxışlar edib. İncəsənət tarixi mövzusunda 40-dan çox elmi əsəri çap olunub. İslam Ensiklopediyasının bölüm yazarıdır.
AiləsiRedaktə
Ailəlidir, iki övladı vardır.
ƏdəbiyyatRedaktə
- Prof. Dr. Anar AZİZSOY : [arx. 03.05.2023] : [tur.] // UNIS: Akademik Veri Yönetim Sistemi. — Müraciət tarixi: 03.05.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |