Orxan Lətifzadə
Orxan Lətifzadə — gənc bəstəkar, trubaçı və tarzən, 2018-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində keçirilmiş XXXI Beynəlxalq Gənc Bəstəkarlar Festivalının laureatı.
Orxan Lətifzadə | |
---|---|
Lətifzadə Orxan Oktay oğlu | |
Orxan Lətifzadə. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyul 1991 |
Doğum yeri | Şəki, Azərbaycan, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
• Şəki Musiqi Texnikumu, tar ixtisası, (2006–2010) • Bakı Musiqi Akademiyası, bakalavriat, truba ixtisası (2013–2018) |
facebook səhifəsi |
Haqqında məlumatlarRedaktə
16 iyul 1991-ci il tarixdə Şəkidə anadan olub.
TəhsiliRedaktə
1997 – 2006-cı illərdə Şəki şəhər 5 saylı orta məktəbində,
2001 – 2006-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbində (tar ixtisası),
2006 – 2010-cu illərdə Şəki Musiqi Texnikumunda (tar ixtisası),
2013 – 2018-ci illərdə Bakı Musiqi Akademiyasında (truba ixtisası) təhsil alıb.
Hərbi xidmətdəRedaktə
2010 – 2012-ci illərdə həqiqi hərbi xidmətdə olub (orkestr bölüyündə xidmət edib).
Musiqi fəaliyyətiRedaktə
2016-cı ildə Şəki Musiqi Kollecində, bəstələdiyi musiqi əsərlərindən, o cümlədən, bəstələdiyi 4 müasir musiqi əsərindən ibarət solo konserti təşkil olunub.
2017-ci ildə Əmircan qəsəbə 3 saylı Uşaq Musiqi Məktəbində, bəstələdiyi musiqi əsərlərindən ibarət solo konserti baş tutub.
2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Gənclərə dəstək və “Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı” İctimai Birliyi tərəfindən Gürcüstanda birgə keçirilmiş IX Milad Dostluq Festivalında bəstələdiyi musiqi əsərləri ifa olunub.
Təltif və mükafatlarıRedaktə
- Azərbaycan Dövlət Akademik Filarmoniyasının Diplomu – “Gəncələrə dəstək layihəsi” çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramında uğurlu iştirakına görə (24.05.2018);
- XXXI Beynəlxalq Gənc Bəstəkarlar Festivalının II dərəcəli Diplomu (Novosibirsk, Rusiya Federasiyası; 2018).
ƏdəbiyyatRedaktə
- Həvəskar bəstəkar Orxan Lətifzadənin bəstələrinin təqdimatı : [arx. 31.01.2022]. — 2017. — 11 mart. — Müraciət tarixi: 31.01.2022.
- "Efirimizi bayağılıq bürüyüb" : [arx. 31.01.2022] // Sputnik. — 2019. — 7 mart. — Müraciət tarixi: 31.01.2022.
Həmçinin, bax:Redaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |