Rasim Abbaszadə

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:55, 29 avqust 2024 tarixli dəyişiklik

Rasim Abbaszadə — Şəki şəhər Kimya-Biologiya Təmayüllü Liseyin 10-cu sinif şagirdi, Sinqapur və Asiya Məktəblilərinin Riyaziyyat Olimpiadasının gümüş medalçısı (2022).

Rasim Abbaszadə
Abbaszadə Rasim Yusif oğlu
ing. Rasim Abaszada
Rasim Abbaszadə
Rasim Abbaszadə.
Anadan olub 6 sentyabr 2008 (2008-09-06) (16 yaş)
Anadan olduğu yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Ümumi orta məktəb təhsili. 10-cu sinif
facebook səhifəsi

Haqqında məlumatlar

6 sentyabr 2008-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2014 – 2019-ci illərdə Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 saylı tam orta məktəbində təhsil alıb.

2019-cu ildə Şəkidəki Kimya-Biologiya Təmayüllü Respublika Liseyinə qəbul olunub.

2021-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək ən qabaqcıl şagirdlərin hazırlanıb seçilməsi məqsədi ilə təşkil etdiyi özəl dərslərdə iştirak edib və 2024-cü ilin iyul ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş 35-ci Beynəlxalq Biologiya Olimpiadasında iştirak edib.

Təltif və mükafatları

  • 1-ci yer — Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 2020/2021-ci tədris ilində VI – VII sinif şagirdləri arasında keçirilən VI Fənn Müsabiqələrində biologiya fənni üzrə (2021).
  • 1-ci yer — Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2022-ci il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (29.06.2022).
  • 2-ci yer — Sinqapur və Asiya Məktəblilərinin Riyaziyyat Olimpiadası (2022).
  • 1-ci yer — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (14.07.2023).
  • 1-ci yer — Şəki-Zaqatala Regional Təhsil İdarəsinin "Zəfər" Elm Olimpiadası biologiya fənni üzrə (22.11.2023).
  • 2-ci yer — Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2024-cü il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (30.04.2024).

Digər

Tanınmış həkim-pediatr Aydın Qazıyevin (1943–2020) nəvəsidir.