Rəvan Həmzəzadə
Rəvan Həmzəzadə — tanınmış futbol hakimi. 2 iyun 2024-cü il tarixdə Azərbaycan kuboku üzrə final oyununun baş hakimi olmuşdur. 2 dəfə Azərbaycanın ən yaxşı hakimi adına layiq görülmüşdür.
Rəvan Həmzəzadə | |
---|---|
Həmzəzadə Rəvan Aydın oğlu | |
Doğum tarixi | 28 avqust 1987 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Atası | Həmzəzadə Aydın Şükür oğlu. |
Anası | Həmzəzadə Kəmalə Nurəddin qızı |
Həyat yoldaşı | Samirə |
Uşaqları | Aylin, Səma və Aydın |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Təhsili | Azərbaycan Beynəlxalq Universiteti (2008–2012) |
İdman növü | futbol |
Haqqında məlumatlar
28 avqust 1987-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1994 – 2005-ci illərdə Şəki şəhər 20 saylı orta məktəbində,
2008 – 2012-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb.
Əmək və idman fəaliyyəti
1999-çu ildən öz yaş qrupu üzrə Şəki şəhər futbol komandasının üzvü olub, zona və respublika çempionatlarında iştirak edib.
2004-cu ildən futbolçu fəaliyyətini Zaqatalanin “Simurq” komandasında davam etdirib.
2008-ci ildən futbol hakimi kimi fəaliyyətə başlayıb. 100-ə yaxın Premyer Liqa oyununda baş hakim olub. Ümumilikdə 800 – 1000 arası Premyer Liqa oyununda hakim olub. Bir sıra beynəlxalq yoldaşlıq görüşlərini və təlim-məşq toplanışlarını da idarə edib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |