“Şəki” Basketbol Klubu

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:55, 3 sentyabr 2024 tarixli dəyişiklik

Haqqında məlumatlar

2023-cü ildə yaradılıb[1]. Ev oyunları və məşqləri Şəki Olimpiya İdman Kompleksində keçirilir.

2023/2024-cü illər mövsümü

2023/2024-cü illər mövsümündə Azərbaycan Basketbol Liqasında 1 qələbə və 17 məğlubiyyətlə sonuncu yeri (10-cu yer) tutub[2].

2023/2024-cü illər mövsümündə “Şəki” BK komandasının heyəti
Oyunçular Məşqçilər
Möv. # Vət. Adı Boyu Komandası Yaş
6   Nihad Tağıyev 24 yanvar 1998 (1998-01-24) (26 yaş)
9   Məhəmməd Sadıkov 20 may 2003 (2003-05-20) (21 yaş)
4   Tərlan Abduləzizov 06 avqust 1989 (1989-08-06) (35 yaş)
0   Hüseyn Əsgərli 12 aprel 2006 (2006-04-12) (18 yaş)
7   Kamal İmamverdiyev 25 yanvar 1996 (1996-01-25) (28 yaş)
5   Adebayo Oduleye 10 yanvar 1999 (1999-01-10) (25 yaş)
10   Kris Klark (K) 25 noyabr 1985 (1985-11-25) (38 yaş)
30   Solomon Arosanyin 04 aprel 2002 (2002-04-04) (22 yaş)
0   Pol Dibal 28 avqust 2005 (2005-08-28) (19 yaş)
24   Emin Cəfərov 31 may 1993 (1993-05-31) (31 yaş)
  Vebster Simeus 20 dekabr 1999 (1999-12-20) (24 yaş)
  Vanya Kinq 10 yanvar 1999 (1999-01-10) (25 yaş)
Baş məşqçi
  •   Aleksandr Uco
Köməkçi məşqçi
  •   Kris Klark

Leqenda
  • (K) Kapitan
  •   Zədələnmiş

Baş məşqçi

Baş məşqçi Vüqar Məmmədovdur[1].

2023/2024-cü illər mövsümündə isə komandanın baş məşqçisi nigeriyalı Aleksander Uco olub[3].

Legionerlər

2023/2024-cü illər mövsümündən sonra amerikalı Kris Klark və nigeriyalı Solomon Arosanyin ilə müddəti başa çatan müqavilələr uzadılmayıb. Daha əvvəl isə Haitidə doğulmuş ABŞ vətəndaşları Vanya Kinq və Simeus Vebster ilə də müddəti başa çatan müqavilələr də uzadılmamışdı[4]. Sonuncu, Fələstinin “Beyt Sahur” klubunun yetirməsidir və 2022/2023 illər mövsümündə Yunanıstanın Elit Liqasında çıxış edən “Kavala” klubunda oynamışdır[5].

2023/2024-cü illər mövsümündən sonra legionerlərdən nigeriyalı Paul Dibal və Adebayo Oduleye “Şəki” Basketbol Klubunda qalıblar[4].