Nizami Məmmədov

Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoq...' ilə yarat) tərəfindən edilmiş 14:59, 14 sentyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Nizami Məmmədov — tanınmış xanəndə. Muğam, təsnif, xalq və bəstəkar mahnilarının mahir ifaçılarından biri hesab edilir. Gənc xanəndələrin muğam ifaçılığına yiyələnməsində xidmətləri var.

Nizami Məmmədov
Məmmədov Nizami Niyazi oğlu
Nizami Məmmədov
Nizami Məmmədov.
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1956 (1956-03-10) (68 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Şəki Orta İxtisas Musiqi Texnikumu, xanəndəlik sinfi (1984–1988)

Haqqında məlumatlar

10 mart 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1963 – 1972-ci illərdə Şəki/Nuxa şəhət 4 №-li ortaq məktəbində natamam-orta təhsil,

1972 – 1974-cü illərdə isə 43 №-li Şəki Peşə-Texniki Məktəbində qaz qaynaqçısı ixtisası üzrə orta peşə təhsili,

1984 – 1988-ci illərdə Şəki Orta İxtisas Musiqi Texnikumunun xanəndəlik sinfində orta müsiqi təhsili alıb.

Əmək fəaliyyəti

1974 – 1976-cı illərdə 43 №-li Şəki Peşə-Texniki Məktəbində müəllim işləyib.

1974 – 1976-cı illərdə M.F.Axundov adına Şəki Mədəniyyət Mərkəzində,

1992-ci ildən isə Şəki şəhər mədəniyyət şöbəsinin tabeliyiçiliyində olan müxtəlif klublarda, müxtəlig vəzifələrdə çalışıb.

Musiqiçi fəaliyyəti

1966-cı ildə 10 yaşında ikən şəhər pionerlər evinin mahnı dərnəyinin üzvü olub. Pioner və məktəblilərin Respublika Olimpiadasında çıxış edib.

1972 – 1974-cü illərdə 43 saylı Şəki Peşə-Texniki məktəbində təhsil alarkən respublika peşə-texniki məktəblərinin bədii özfəaliyyət müsabiqəsində çıxış edib və qaliblər sırasına düşüb.

1980-cı ildən Şəki şəhər mərkəzi mədəniyyət evinin “Səbuhi” xalq çalğı alətləri ansamblının üzvü olub. Dəfələrlə Gürcüstan Respublikasının azərbaycanlıların yaşadıqları Qardabani, Marneuli, Dmanisi rayonlarında, həmçinin Respublikamızın əksər şəhər və rayonlarında qastrol səfərlərində olub.

11 may 1983-cü il tarixdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunmuş konsertdə, dəfələrlə Bakı şəhərində keçirilmiş digər tədbirlərdə, həmçinin Azərbaycan Televiziyasının efirində çıxış edib.

1980 – 1996-cı illərdə “Zirvə” vokal-instrumental ansamblı üzvü olub.

Ədəbiyyat

  1. Təhmirazqızı S. Nizami Məmmədov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 203. — 300 nüsx.

Audio