Yusif Məmmədli

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:42, 4 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Yusif Məmmədli — Şərq döyüş sənəti olan Pençak Silat və Stenka idman növləri üzrə Azərbaycanda bir sıra uğurlar qazanmış yeniyetmə idmançı. Şəki rayonu Vərəzət kənd tam orta məktəbinin 8-ci sinif şagirdidir.

Yusif Məmmədli
Məmmədli Yusif Rövşən oğlu
Yusif Məmmədli
Yusif Məmmədli.
Anadan olub 2 fevral 2011(2011-02-02)
Anadan olduğu yer Vərəzət, Şəki rayonu
Atası Məmmədov Rövşən Abdulhəmid oğlu
Anası Məmmədova Esmira Sadiq qızı

Haqqında məlumatlar

2 fevral 2011-ci il tarixdə Şəki rayonunun Vərəzət kəndində anadan olub.

Təhsili

2016-cı ildən Vərəzət kənd tam orta məktəbində təhsil alır.

İdman fəaliyyəti və uğurları

5 yaşından Pençak Silat və Stenka ilə məşğul olur. Məşqçisi Bəxtiyar Həmidovdur.

  • 1-ci yer — 8 – 9 iyul 2017-ci il, Göy-Göl, Azərbaycan Şinda-Ryu və Pençak Silat Federasiyasının Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş XI Azərbaycan Birinciliyi və Çempionatı, 2010 – 2011-ci il təvəllüdlülər arasında, 20 kq çəki dərəcəsində.
  • 1-ci yer — 21 – 23 iyun 2019-cu il, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi Şinda-Ryu və Pençak Silat üzrə turnir, + 30 kq çəki dərəcəsində.
  • 1-ci yer — 14 avqust 2022-cü il, Pençak Silat döyüş növü üzrə Azərbaycan Stenka Döyüş Sənəti Federasiyasının təşkil etdiyi Şəki turniri.
  • 1-ci yer — 21 – 23 oktyabr 2022-ci il, Arpaçay İdman Birliyinin təşçilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri festivalı, 10 – 11 yaşlılar arasında, 37 kq çəki dərəcəsində.
  • 1-ci yer — 10 – 11 dekabr 2022-ci il, Bakı, Azərbaycan Pençak Silat Federasiyasının Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Pencak Silat” idman növü üzrə Açıq çempionatı, 10 – 11 yaşlılar arasında, 38 kq çəki dərəcəsində.
  • 1-ci yer — 10 – 11 iyun 2023-cü il, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə “Stenka Marial Art” və “Pencak Silat” döyüş növləri üzrə Azərbaycan “Stenka Marial Art” Federasiyasının keçirdiyi Açıq turnir, 12 – 13 yaşlılar arasında, 41 kq çəki dərəcəsində.
  • 1-ci yer — 9 – 10 dekabr 2023-cü il, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Stenka” döyüş sənəti üzrə Azərbaycan “Stenka Marial Art İdman Klubu” İctimai Birliyinin Açıq çempionatı, 2011-ci il təvəllüdlülər arasında, 48 kq çəki dərəcəsində.
  • 1-ci yer — 11 fevral 2024-cü il, Stenka və Pençak Silat idman növləri üzrə Azərbaycan Stenka Döyüş Sənəti Federasiyasının təşkil etdiyi Açıq turnir, 10 – 12 yaşlılar arasında, 48 kq çəki dərəcəsində.
  • 1-ci yer — 11 – 12 may 2024-cü il, Bakı, Azərbaycan “Stenka Döyüş Sənəti” Federasiyasının keçirdiyi Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Azərbaycan kuboku, birinciliyi və Açıq çempionatı, 2011-ci il təvəllüdlülər arasında, 45 kq çəki dərəcəsində.
  • 1-ci yer — 21 – 23 iyun 2024-cü il, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş döyüş idman növləri Festivalı, Stenka və Pençak Silat idman növü üzrə, 2011-ci il təvəllüdlülər arasında, 48 kq çəki dərəcəsində.