Məmməd Hüseynov

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:51, 17 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Məmməd Hüseynov — Almaniyada fəaliyyət göstərən azərbaycanlı diasporunun üzvü. 2022-ci ildən isə Almaniyada yaşayır.

Məmməd Hüseynov
Hüseynov Məmməd Adil oğlu
Məmməd Hüseynov
Məmməd Hüseynov.
Anadan olub 4 sentyabr 1982 (1982-09-04) (42 yaş)
Anadan olduğu yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Adil
Anası Rəna
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Lənkəran Dövlət Universitetinin tarix-ictimaiyyət fakültəsi (2000–2005)

 • Azərbaycan Texnologiya Universitetinin qida təhlükəsizliyi mühəndisliyi və turizm fakültəsi (2012–2015)
Adının digər versiyaları Mammad Huseynov, Memmed Huseynov, Мамед Гусейнов, Мәммәд Һүсејнов
facebook səhifəsi

Haqqında məlumatlar

4 sentyabr 1982-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1989 – 2000-ci illərdə Şəki şəhər 2 nömrəli orta məktəbində,

2000 – 2005-ci illərdə Lənkəran Dövlət Universitetinin tarix-ictimaiyyət fakültəsində,

2012 – 2015-ci illərdə isə Azərbaycan Texnologiya Universitetinin qida təhlükəsizliyi mühəndisliyi və turizm fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

2005 – 2016-cı illər arasında, müxtəlif vaxtlarda Sabit Rəhmanın ev muzeyində fond mühafizi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Şəki ərazi idarəsində məsləhətçi, Şəki şəhər İcra Hakimiyyəti aparatında əvvəl baş mütəxəssis, sonra isə ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2016 – 2022-ci illərdə əmək fəaliyyətini Polşa və Ukraynada davam etdirib.