Elbrus Məmmədov
Elbrus Məmmədov — tanınmış hüquqşünas; müxtəlif illərdə Zaqatala Rayon Məhkəməsinin sədri, Şəki Apelyasiya Məhkəməsinin hakimi, Şəki Rayon Məhkəməsinin hakimi və digər vəzifələrdə çalışmışdır.
Elbrus Məmmədov | |
---|---|
Məmmədov Elbrus Hacıbala oğlu | |
Elbrus Məmmədov, 2016-cı il. | |
Anadan olub | 25 aprel 1956 |
Anadan olduğu yer | Baş Şabalıd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (–1986) |
Haqqında məlumatlar
25 aprel 1956-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili
1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyəti
1983 – 1985-ci illərdə Şəki Təsərrüfatlararası Tikinti idarəsində hüquqşünas,
1987 – 1992-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində hüquqşünas, təşkilat şöbəsinin müdiri,
1992 – 1994-cü illərdə Şəki Şəhər İcra hakimiyyəti aparatının hüquq şöbəsində böyük məsləhətçi,
1994 – 1998-ci illərdə Şəki rayon ƏSMM-in direktoru,
1998 – 2001-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında müəllim,
2001 – 2008-ci illərdə Şəki Rayon Məhkəmə İcraçıları Bölməsinin rəisi,
2008 – 2010-cu illərdə Şəki Rayon Məhkəməsinin hakimi,
2010 – 2013-cü illərdə Şəki Apelyasiya Məhkəməsinin hakimi,
2013 – 2021-ci illərdə Zaqatala Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Ədəbiyyat
- "Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsi". https://courts.gov.az/ (azərb.). Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası. 21 Jan 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |