Fərid Hüseynov
Fərid Hüseynov (1994–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Fərid Hüseynov | |
---|---|
Hüseynov Fərid Ehtibar oğlu | |
Fərid Hüseynov. | |
Doğum tarixi | 11 iyun 1994 |
Doğum yeri | Qayabaşı, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | 29 oktyabr 2020 (26 yaşında) |
Vəfat yeri | Şuşa şəhəri ətrafı, Azərbaycan |
Dəfn yeri | Qayabaşı kəndinin qəbiristanlığı, Şəki rayonu, Azərbaycan |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Atası | Etibar Hüseynov |
Anası | Yeganə |
Həyat yoldaşı | Ülviyyə |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | sıravi |
Təltifləri |
Haqqında məlumatlar
11 iyun 1994-cü il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.
Təhsili
2000 – 2011-ci illərdə Qayabaşı kənd tam orta məktəbində təhsil alıb.
Əmək fəaliyyəti
2013 – 2017-ci illərdə Qayabaşı kəndində fərdi təsərrüfatla məşğul olub.
2017-ci ildən Bakı şəhərinin Binəqədi rayonunun Xocəsən qəsəbəsində fəhlə işləyib.
Hərbi xidmətdə
2011 – 2013-cü illərdə həqiqi hərbi xidmətdə olub (Ağdam rayonu, Quru qoşunları, atıcı).
27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən yenidən orduya çağırılıb. Xocavənd rayonunda və Şuşa şəhəri ətrafında gedən döyüşlərdə iştirak edib.
Şəhid olması
29 oktyabr 2020-ci il tarixdə – 26 yaşında, Şuşa şəhəri ətrafında gedən döyüşdə mühasirəyə düşərək düşmənin endirdiyi artilleriya zərbəsi nəticəsində qəhrəmancasına həlak olub.
12 noyabr 2020-ci il tarixdə Qayabaşı kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Xocavəndin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020)[2];
- “Hərbi xidmətlərə görə” medalı – ölümündən sonra (30.12.2020)[3];
- “Cəbrayılın azad olunmasına görə” medalı – ölümündən sonra (24.06.2021)[4].
Ailəsi
Ailədə iki qardaş olublar.
2017-ci ildə anası vəfat edib.
2014-cü ildə ailə qurmuşdu, iki qız atası idi.
İstinadlar
Ədəbiyyat
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (26 iyun 2021).
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 09.03.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 30 dekabr. — Müraciət tarixi: 30.08.2022.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : FƏRİD Etibar oğlu Hüseynov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |