Cumakənd
Cumakənd — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Yaşayış məntəqəsi
Cumakənd
|
Tarixi
Cumay Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində Daşüz (Daşyüz) silsiləsinin ətəyindədir. Cuma variantında da qeydə alınmışdır. XIX əsrin sonlarında Şin çayı daşaraq Baş Göynük və Aşağı Göynük kəndlərində böyük dağıntılar törətdiyindən həmin kəndlərdən xeyli əhali buraya köçmüş və Təzəkənd adlı yaşayış məntəqəsinin əsasını qoymuşdur. Ətəyində yerləşdiyi dağın adı ilə Daşüz Təzəkənd də adlandırılmışdır. 1966-cı ildə el sənətkarı Aşıq Molla Cumanın (1855-1920) şərəfinə Cuma adlandırılmışdır. 1933-cu ildə Bərdədə Cumalar kəndi qeydə alınmışdır[1].
Əhalisi
Kəndin əhalisi 2205 nəfər təşkil edir ki, onun da 1166 nəfəri kişi, 1039 nəfəri isə qadındır.
İstinadlar
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Şəki rayonunun yaşayış məntəqələri
|