İbrahimxəlil Balayev

İbrahimxəlil Balayev — ictimai-siyasi fəal və diaspor fəalı, pedaqoq və tərcüməçi.

İbrahimxəlil Balayev
Balayev İbrahimxəlil Nəriman oğlu
İbrahimxəlil Balayev
İbrahimxəlil Balayev, 2015-ci il.
Anadan olub 21 dekabr 1968 (1968-12-21) (55 yaş)
Anadan olduğu yer Aşağı Göynük, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası konstitusiya hüququ
Təhsili Bakı Dövlət Universiteti
facebook səhifəsi

Haqqında məlumatlar

21 dekabr 1968-ci il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.

Təhsili

1975 − 1976-ci illərdə Zaqatala şəhərindəki 1 saylı məktəbdə,

1976 – 1982-ci illərdə və 1985-ci ildə Şəki rayonunun Aşağı Göynük kənd məktəbində,

1982 – 1984-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi məktəbdə,

1984 – 1985-ci illərdə isə Şəki şəhər 8 №-li orta rus məktəbində,

1986-cı ildə və 1988 – 1992-cı illərdə Omsk Dövlət Universitetinin hüquq fakültəsində,

1993 – 1994-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

Əmək fəaliyyəti

1985-ci ildə «Elektrotoçpribor» İstehsalat Birliyində işləyib.

1995 − 1999-cu illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun Dövlət quruculuğu və hüquq kafedrasında müəllim,

2000 − 2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində baş müəllim və universitetin Hüquqi Tədqiqatlar Mərkəzində elmi işçi vəzifəsində çalışıb.

Elmi-pedaqoji və tərcüməçilik fəaliyyəti

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblərin hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələri üçün təsdiq olunmuş «Xarici ölkələrin Konstitusiya hüququ» kursunun öyrənilməsi üçün metodik tövsiyələrin (1999), «Beynəlxalq hüquq kursunun proqramı»nın (2000) və «Beynəlxalq Hüquq. Ümumi hissə» adlı dərsliyin (2000) müəllifi, «Xarici ölkələrin Konstitusiya hüququ. Ümumi hissə» dərsliyinin (2001) rus dilindən azərbaycan dilinə tərcüməçisidir.

İsrail və Yaponiya ilə bağlı ona qədər kitabı azərbaycan dilinə çevirmişdir.

İctimai aktivliyi

2003-cü ildən Almaniyanın Frankfurt (Mayn) şəhərində fəaliyyət göstərən «Almaniyada azərbaycanlılar və Azərbaycan Dostları Birliyi»nin sədridir.

2004-cü ilin aprelindən Avropa Azərbaycanlıları Konqresinin (AAK) idarə heyətinin üzvüdür.

2015 və 2020-ci illərdə 114 saylı Şəki Kənd Birinci Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.