İkram Qabiyev — Google şirkətinin bas ofisində çalışan proqram mühəndisi.

İkram Qabiyev
Qabiyev İkram Emil oğlu
İkram Qabiyev
İkram Qabiyev.
Doğum tarixi 27 noyabr 2001 (2001-11-27) (22 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Amherst-kolleci (Massaçusets, ABS), kompüter elmləri və fizika ixtisasi (–2022)
Atası Qabiyev Emil İkram oğlu
Anası Qabiyeva (Məmmədova) Nigar Nurməmməd qizi

Haqqında məlumatlar

27 noyabr 2001-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

2018-ci ildə “Ankara məktəbi” Məktəb-Liseyini (Bakı) qızıl medalla bitirib.

2018 – 2022-ci illərdə Amherst-kollecində (Massaçusets, ABS) kompüter elmləri və fizika ixtisasi üzrə təhsil alıb.

Əmək fəaliyyəti

Google şirkətinin bas ofisində proqram mühəndisi vəzifəsində çalışır.

Təltif və mükafatları

  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibi – tibb və sağlamlıq bölməsi üzrə (2 mart 2016).

Ailəsi

Atası: Qabiyev Emil İkram oğlu Bakıda anadan olub, əslən Qax rayonundandır. Hal-hazırda biznes fəaliyyəti ilə məşğuldur.

Anası: Qabiyeva (Məmmədova) Nigar Nurməmməd qizi, Bakıda anadan olub, əslən şəkilidir, tibb üzrə fəlsəfə doktorudur, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun bas elmi işçisi olub, hal-hazirda Almaniyada işləyir, həkim-kardioloqdur.

Ədəbiyyat

  1. Əziz A. “Xərçəngi məhv etməyi qarşıma məqsəd qoymuşam” - İxtira : [arx. 01.08.2024] // Kaspi. — 2015. — 17 iyul. — Müraciət tarixi: 01.08.2024.
  2. Əziz A. Cizgi filmi ilə həyatı dəyişən vunderkind - UĞUR : [arx. 25 May 2024 - 18 Jun 2024] // Kaspi. — 2024. — 25 may. — Müraciət tarixi: 01.08.2024.

Videolar

Həmçinin, bax: