Şəmsiyyət Əsgərova

Şəmsiyyət Əsgərova — tanınmış musiqişünas-pedaqoq, Şəki şəhər 3 №-li uşaq musiqi məktəbinin direktoru.

Şəmsiyyət Əsgərova
Əsgərova Şəmsiyyət Məmməd qızı
Şəmsiyyət Əsgərova
Şəmsiyyət Əsgərova.
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1961 (1961-03-02) (63 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Qəhrəman Əsgərov
Uşaqları Ramin və Rasim

Musiqi aləti fortepiano
Təhsili

 • Şəki Orta ixtisas Musiqi Texnikumu, fortepiano şöbəsi (1976–1979)

 • Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti, kütləvi tədbirlər rejissorluğu fakültəsi (2004–2009)
facebook səhifəsi

Haqqında məlumatlar

2 mart 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1967 – 1976-cı illərdə Şəki/Nuxa şəhər 19 №-li orta məktəbində,

1971 – 1976-cı illərdə Şəki şəhər 1 №-li uşaq musiqi məktəbinin fortepiano şöbəsində,

1976 – 1979-cu ildə Şəki Orta ixtisas Musiqi Texnikumunun fortepiano şöbəsində,

2004 – 2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1979-cu ildə təyinatla Vartaşen (indiki Oğuz) rayon uşaq musiqi məktəbində müəllim işləməyə göndərilib.

1987-ci ildən Şəki şəhər 3 №-li uşaq musiqi məktəbində müəllim,

2010-cu ilin dekabr ayından isə direktor vəzifəsində çalışır.

İctimai aktivliyi

Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin Gender Bərabərliyi və Qadın Hüquqları Komissiyasının sədridir.

Ailəsi

Ailəlidir. İki oğlu var.

Videolar