Əziz Əzizov
Əziz Əzizov (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Əziz Əzizov | |
---|---|
Əzizov Əziz Məmmədvəli oğlu | |
Əziz Əzizov. | |
Doğum tarixi | 1 mart 2000 |
Doğum yeri | Qayabaşı, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | 4 noyabr 2020 (20 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Qayabaşı kəndinin qəbiristanlığı, Şəki rayonu, Azərbaycan |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Atası | Məmmədvəli |
Anası | Hədiyyə |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | sıravi |
Təltifləri |
Haqqında məlumatlarRedaktə
1 mart 2000-ci il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.
TəhsiliRedaktə
2006 – 2017-ci illərdə Qayabaşı kənd tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdəRedaktə
2018 – 2019-cu illərdə «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Azərbaycanda elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq orduya çağırılıb. Cəbrayıl, Qubadlı, Laçın, Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.
Şəhid olmasıRedaktə
4 noyabr 2020-ci il tarixdə Şuşa ətrafında gedən döyüşdə qarşı tərəfin endirdiyi artilleriya zərbəsi zamanı ürəyindən qəlpə yarası alaraq 20 yaşında qəhrəmancasına həlak olub.
6 noyabr 2020-ci il tarixdə Şəki rayonunun Qayabaşı kəndinin kənd qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatlarıRedaktə
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Cəbrayılın azad olunmasına görə” medalı – ölümündən sonra (24.12.2020)[2];
- “Qubadlının azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[3];
- “Laçının azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[4];
- “Hərbi xidmətlərə görə” medalı – ölümündən sonra (30.12.2020)[5];
- “Füzulinin azad olunmasına görə” medalı – ölümündən sonra (05.11.2021)[6].
AiləsiRedaktə
Ailədə üç qardaş olublar. Subay idi.
İstinadlarRedaktə
ƏdəbiyyatRedaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 06.02.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 06.02.2022.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 09.03.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 30 dekabr. — Müraciət tarixi: 30.08.2022.
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 29.08.2022.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ƏZİZ Məmmədvəli oğlu Əzizov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
VideolarRedaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |