Albert Mustafayev
Albert Mustafayev (1931–2022) — tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi.
Albert Mustafayev | |
---|---|
Mustafayev Albert Zaman oğlu | |
Albert Mustafayev. | |
Doğum tarixi | 26 yanvar 1931 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 4 mart 2022 (91 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Çöl qəbiristanlığı, Şəki |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi • SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu (1956–1960) |
Mükafatları |
Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır.
Haqqında məlumatlar Vizual/Mobil redaktə
26 yanvar 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib.
Daha sonra əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,
1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1966 – 1975-ci illərdə əvvəl Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun təsviri sənət kafedrasında assistent, sonra müəllim,
1975 – 2020-ci illərdə Azərbaycan İnşaat Mühəndislər İnstitutunun/Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri incəsənət kafedrasına əvvəl baş müəllim, 1983-cü ildən dosent, daha sonra isə professor vəzifəsində çalışıb.
Yaradıcılığı Vizual/Mobil redaktə
Heykəltəraşlıq fəaliyyəti Vizual/Mobil redaktə
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi Vizual/Mobil redaktə
Hələ 1959-cu ildə – Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən, kurs işi olaraq gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyasını hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alan Aslan Rüstəmov və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə qərara gəlirlər ki bu kompozisiyanı yenidən işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənir. Heykəl bürüncdən tökülür və Bakının ən görməli yerlərindən birində ucaldılır.
Digər heykəltəraşlıq işləri Vizual/Mobil redaktə
Bakıda: Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəli; Lütfəli Abdullayevin xatirə lövhəsi, Lətif Kərimovun xatirə lövhəsi; Şəkidə: Böyük Vətən müharibəsində həlak olmuş şəkililərin döyüş şöhrətinin əbədiləşdirilməsi üçün 1974-cü ildə yaradılmış “Xatirə ansamblı”nın ərazisindəki “Ana heykəli”. Mingəçevirdə: V.İ.Leninin heykəli. Şuşada: Molla Pənah Vaqifin məqbərəsində Molla Pənah Vaqifin büstü.
Fotoqrafiya işləri Vizual/Mobil redaktə
Albert Mustafayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya işi ilə məşğul olmağa başlamışdı. Leninqradda təhsil alarkən isə Vıborq mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin birinci sərgisi təşkil olunub. İkinci sərgisi işlədiyi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş tutub. Üçüncü sərgi isə 2015-ci ildə – anadan olmasının 85 illiyi münasibəti ilə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən keçirilib və bu sərgidə ona “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanını verilib. Albert Mustafayev özü isə bildirmişdir ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə edir və özünü peşəkar fotoqraf hesab etmək fikrində deyil.
Fotoqrafiya işlərindən nümunələr Vizual/Mobil redaktə
-
Niyazi.
-
Bədəvi.
-
Tələbə-rəssam Tatyana Dobrovolskaya.
-
Hökumə Qurbanova.
-
Fikrət Əmirov.
-
Tələbə qız – 1962.
-
Cəlal Qaryağdı.
-
Qoca naturaçı.
-
Körpə (Lalə Qaffarova).
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan SSR əməkdar rəssamı” fəxri adı (1982);
- “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı (2015);
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2021).
Vəfatı Vizual/Mobil redaktə
4 mart 2022-ci il tarixdə – 91 yaşında, Bakıda vəfat edib. Elə həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn olunub. Şəki şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Tərlan Nəsibov və digər vəzifəli şəxslər də iştirak ediblər.
Videolar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Mete Ə. Eldən soruş // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 302-303. — 500 nüsx.
- Avalov E. Professor Albert Mustafayev gənc memarlara örnək sənətkardır (azərb.) // İnşaatçı kadrlar : qəzet. — Bakı, 2016. — № 2 (398). — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Apr 2016 - 3 Jul 2017.
- Алиева С. Скульптор по специальности, фотограф по призванию (rus.) // Фото наследие. — Bakı, 2016. — № 2 (80). — С. 49 – 54. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 noyabr 2020.
- Məmmədov A. Peşəkar heykəltəraş və həvəskar fotoqraf : [arx. 17.03.2022] // Mədəniyyət qəzeti. — 2022. — 11 mart. — Müraciət tarixi: 17.03.2022.
- Məmmədov A. Peşəkar heykəltəraş və həvəskar fotoqraf (azərb.) // Əliyev V. (baş redaktor) Mədəniyyət : qəzet / Yunisli F. (buraxılışa məsul). — Bakı: Azərbaycan, 2022. — В. 11 mart. — № 19-20 (1893). — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 17 mart 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |