Bayram Salamov
Bayram Salamov — Rusiyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam.
Bayram Salamov | |
---|---|
Salamov Bayram Zikir oğlu | |
Bayram Salamov. | |
Doğum tarixi | 7 noyabr 1965 |
Doğum yeri | Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Təhsili | Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (–1986) |
Janrı | yağlı boya |
saytı facebook səhifəsi |
Haqqında məlumatlarRedaktə
7 noyabr 1965-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.
1990-cı ildən Rusiya Federasiyasının Tolyatti şəhərində yaşayır.
TəhsiliRedaktə
1986-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.
YaradıcılığıRedaktə
Dünyanın nüfuzlu rəsm sərgilərində iştirak edib və bir sıra mükafatlara layiq görülüb.
Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.
Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.
Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında, ikinci sərgisi isə 2016-cı ilin 5 – 9 iyul tarixləri arasında Muzey Mərkəzində təşkil edilib.
Yaradıcılığından nümunələrRedaktə
ƏdəbiyyatRedaktə
- "Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi sərgisi açılıb". https://azertag.az/ (azərb.). AZƏRTAC. 05.07.2016. 6 Jul 2016 - 25 Feb 2019 tarixində arxivləşdirilib..
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |