Bilqeys Həşimzadə
Bilqeys Həşimzadə (1900–1961) — hüquq elmləri namizədi, dosent, ilk azərbaycanlı qadın hüquqşünaslardan biri, ilk azərbaycanlı qadın hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) sabiq direktoru (rektoru). Həmçinin, müxtəlif illərdə Azərbaycan SSR prokurorunun müavini, Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və digər məsul vəzifələrdə də çalışmışdır.
Bilqeys (Bilqeyis) Həşimzadə | |
---|---|
Həşimzadə Bilqeyis Əhməd qızı | |
Bilqeys Həşimzadə. | |
Doğum tarixi | 5 dekabr 1900 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 24 fevral 1961 (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | hüquq |
Elmi dərəcəsi | hüquq elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• fəhlə fakültəsi (1923–1926) • aspirantura |
Haqqında məlumatlarRedaktə
5 dekabr 1900-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
2 yaşı olarkən atası vəfat edib və o, Qışlaq kəndindəki ipək fabrikində fəhlə işləyən əmisi Lüti Həsən oğlunun himayəsində böyüyüb.
TəhsiliRedaktə
Əvvəl Nuxa şəhərində Rzaqulu bəyin evində fəaliyyət göstərən qız məktəbində[qeyd 1], sonra pedaqoji kursda,
1923 – 1926-cı illərdə fəhlə fakültəsində, daha sonra isə aspiranturada təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
7 yaşından Nuxanın tanınmış bəylərindən biri olan Rzaqulu bəyin evində qulluqçu işləyib.
1920 – 1925-ci illərdə Nuxadakı məktəblərdə müəllim,
1925 – 1928-ci illərdə Azərbaycan K(b)P Şəki qəza Komitəsində şöbə müdiri,
1928 – 1938-ci illərdə Azərbaycan SSR prokurorunun müavini,
1938 – 1941-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun direktoru,
1941 – 1945-ci illərdə Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri,
1945 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin cinayət hüququ kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyətiRedaktə
1946-ci ildə hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib.
1950-ci ildə dosent elmi adını alıb.
Sovet cinayət hüququna hüququna dair elmi-tədqiqat və publisistik əsərlərin müəllifidir.
İctimai-siyasi aktivliyiRedaktə
1924-cü ildən kommunist (bolşeviklər) partiyasının üzvü olub.
VəfatıRedaktə
24 fevral 1961-ci il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.
AiləsiRedaktə
Həyat yoldaşı Həşimzadə Şükür Məmməd oğlu Qoxmuq kənd məktəbinin direktoru olmuş, Azərbaycan SSR əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
XatirəsiRedaktə
Şəki şəhərində bir küçəyə adı verilib.
QeydlərRedaktə
- ↑ Həmin məktəbdə gələcəyin tanınmış dövlət xadiminin – Nəriman Nərimanovun, bacısı qızı Nabat Nərimanova dərs deyirdi. Nabat Nərimanova Rzaqulu bəyin evinin ikinci mərtəbəsində fəaliyyət gösətərən qız məktəbində dərs deməklə bərabər, həm də onun evində yaşamışdır. Balaca Bilqeyis Nabat Nərimanovanın otağını təmizləmiş, suyunu gətirirmiş. bir sıra xırda ev işlərini görmüş, bununla yanaşı, həm də həmin məktəbdə təhsil almışdır.
ƏdəbiyyatRedaktə
- Həşimzadə Bilqeys Əhməd qızı // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 217. — 80.000 nüsx.
- Mete Ə. İlk azərbaycanlı hüquqşünas qadın // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 391-392. — 500 nüsx.
- Xanım rektorumuz – Bilqeyis Haşımzadə : [arx. 8 Mar 2017 - 23 Jan 2018] // Azərbaycan Dövlət İqtisad Universiteti. — 2017. — 7 mart. — Müraciət tarixi: 08.12.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |