Cəfərqulu xan Xoyski
Cəfərqulu xan (?–1814) — Şəki xanı və sabiq Xoy xanı. Şəkinin xanı olarkən Şəki xanlığının Rusiyaya ödəməli olduğu bacı birtərəfli olaraq 7 min çervondan 9 min çervona qaldırmışdır. Xanlıq ərazisində “Xan bağı” adlı bir bağ saldırmış, Nuxada bir möhtəşəm karvansara və bir məbəd tikdirmişdir. Bunlardan başqa, Avropa üslubunda bir qala tikdirmək də istəyirdi, lakin vəfatı səbəbi ilə bu niyyətini həyata keçirə bilmədi.
Cəfərqulu xan | |||||
---|---|---|---|---|---|
Xoyski Cəfərqulu xan | |||||
Cəfərqulu xanın tikdirdiyi karvansara (Şəki, 2019-cu il). | |||||
|
|||||
Sələfi | Əhməd xan | ||||
Xələfi | Hüseynqulu xan | ||||
|
|||||
Sələfi | Səlim xan | ||||
Xələfi | İsmayıl xan Xoyski | ||||
Varisi | İsmayıl xan Xoyski | ||||
Doğum tarixi | ≈ 1740 | ||||
Vəfat tarixi | (22 avqust) 3 sentyabr 1814 (74 yaşında) | ||||
Vəfat yeri | Nuxa (indiki Şəki) | ||||
Dəfn yeri | Kərbəla | ||||
Milliyyəti | kürd | ||||
Dini | islam, şiə təriqəti | ||||
Həyat yoldaşları | Şərəfnisə bəyim, Səltənət bəyim[1], Gövhər ağa | ||||
Uşaqları | Əhməd xan, İsaq paşa[2] Sara bəyim, İsmayıl xan, Abra xan |
Haqqında məlumatlar
Təqribən 1740-cı ildə anadan olub.
1786-cı ilin fevral ayında əmisi Əhməd xanın öldürülməsindən sonra Xoyun xanı olub.
1797-ci ilin sonunda Cəfərqulu xanın 300 nəfərlə ovda olmasından istifadə edən İran şahının vəliəhdi Abbas Mirzə Xoyu tutaraq Cəfərqulu xanın arvadını, oğlunu girov götürüb. Bundan sonra Cəfərqulu xan öz silahlı dəstəsi ilə Maku qalasına sığınmağa məcbur olur. 1804-cü ildə İrəvan xanı Məhəmməd xanın ona bağışladığı Koroğlu qalasına köçənədək öz qohumu olan Bəyazid paşasının köməyi Maku qalasında mərkəzi hakimiyyətə qarşı müvəffəqiyyətlə dirəniş göstərib. 1804-cü ilin iyun ayında İrəvan qalasının ruslar tərəfindən mühasirəsi zamanı öz silahlıları ilə rusların tərəfində vuruşub və Rusiya təbəəliyini qəbul edib. 1804-cü ilin sentyabrında rus qoşunlarının İrəvandan geri çəkilməsindən sonra 200 nəfərlik silahlı dəstəsi ilə Pəmbək vadisində qalıb. 1806-cı ilin sonunda rus çarının fərmanı ilə Şəkiyə xan təyin olunub.
Vəfatı
3 sentyabr (22 avqust) 1814-cu il tarixdə – təxminən 74 yaşında, Nuxada (indiki Şəki) vəfat edib. Kərbəlada dəfn olunub.
İstinadlar
Ədəbiyyat
Ədəbiyyat
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
- Mirzazade P.Ch. Khoy, Iran : [arx. 16 Apr 2002 - 6 May 2021] : [ing.] // Almanach de Bruxelles. — Müraciət tarixi: 16.09.2021.
- Məmmədov A.S. Bir qəbir kitabəsinin izi ilə, yaxud F.X.Xoyskinin əsli-nəcabətinə dair tarixi faktlar // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB. — Səh. 488 – 501. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 sentyabr 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |