Eldar Əfəndiyev
Eldar Əfəndiyev — Estoniya Respublikasının sabiq milli münasibətlər və məskunlaşma naziri, Narva şəhərinin (Estoniya) sabiq meri.
Haqqında məlumatlarRedaktə
29 iyun 1954-cu il tarixdə Tallində – azərbaycanlı-eston ailəsində anadan olub. Əslən şəkilidir (atası Faiq Əfəndiyev Şəki şəhərindəndir).
TəhsiliRedaktə
1972 – 1974-cü illərdə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində
1974 – 1976-cı illərdə isə A.İ.Herzen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1971 – 1972-ci illərdə Narva şəhərindəki “Balties” zavodunda tokar işləyib.
1976-cı ildən Narva Dövlət Muzeyində işləyib; o cümlədən,
1979 – 1999 və 2001 – 2002-ci illərdə muzeyin direktoru olub.
1999 – 2000-ci illərdə Narva şəhərinin meri,
2002 – 2003-cü illərdə Estoniyanın milli münasibətlər və məskunlaşma naziri vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyiRedaktə
1997-ci ildə Estoniyada aparıcı partiyalardan biri olan Mərkəzçilərə üzv olub. Eyni zamanda, həmin illərdə İda-Virumaa vilayətinin yerli özünüidarəetmə birliyinin sədr müavini vəzifəsində işləyib.
Narva şəhər şurasının müşaviri (1996–1999), Estoniya parlamentinin X və XI çağırışlarının deputatı və Estoniya–Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri olub.
Təltif və mükafatlarıRedaktə
- Narva qalasında muzey layihəsinə görə müəlliflik mükafatı (1986);
- Estoniya Mədəniyyət Fondunun birinci mükafatı (1987);
- 3-cü dərəcəli Xaç (Estoniya) – sərhədyanı əməkdaşlıqda xidmətlərinə görə;
- 4-cü dərəcəli “Dövlət gerbi” ordeni (Estoniya) (2006);
- “Tərəqqi” medalı (Azərbaycan) (2006);
- “Dostluq” ordeni (Azərbaycan) (2011).
ƏdəbiyyatRedaktə
- Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər : Əfəndiyev Eldar Faiq oğlu : [arx. 07.12.2021] // “Azərbaycan alimləri diasporu” informasiya sistemi. — Müraciət tarixi: 07.12.2021.
- Rəğbətoğlu M. Estoniyada nazir təyin edilən azərbaycanlı: Eldar Əfəndiyev kimdir? : [arx. 07.12.2021] // Teleqraf.com. — 2021. — 7 dekabr. — Müraciət tarixi: 07.12.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |