Elvin Nüsrətoğlu
Elvin Nüsrətoğlu — Kanal “S” televiziyasının (Şəki) baş rejissoru və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin bədii rəhbəri.
Elvin Abdulxalıqov | |
---|---|
Abdulxalıqov Elvin Nüsrət oğlu | |
Elvin Abdulxalıqov, 2023-cü il. | |
Ləqəbi | Elvin Nüsrətoğlu |
Doğum tarixi | 16 iyul 1987 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Təhsili |
• Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatr sənəti fakültəsi, aktyor-rejissor bölümü (2015–2020) • Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, siyasi idarəetmə fakültəsi, politologiya ixtisası (2022–) |
Adının digər versiyaları | Elvin Abdulxaliqov, Ельвин Абдулхалыгов, Елвин Адулхалыгов, Elvin Nusretoqlu, Elvin Nusretoglu, Ельвин Нусретоглу, Ельвин Нюсретоглу, Ельвин Нусретогли, Ельвин Нюсретогли, Елвин Нүсрәтоғлу |
facebook səhifəsi |
Haqqında məlumatlarRedaktə
16 iyul 1987-ci il tarixdə Şəkidə anadan olub.
TəhsiliRedaktə
1993 – 2004-cü illərdə Şəki şəhər 19 sayılı tam orta məktəbində,
2015 – 2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin aktyor-rejissor bölümündə təhsil alıb.
2022-ci ildən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsində politologiya ixtisası üzrə təhsil alır.
DigərRedaktə
2000 – 2004-cü illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində rəssamlıq sənətini,
2012 – 2015-ci illərdə jurnalistika kurslarında (Tbilisi, Gürcüstan) jurnalist peşəsini öyrənib.
Əmək fəaliyyətiRedaktə
2009-cu ildən Kanal “S” televiziyasında (Şəki) işləyir; o cümlədən,
2009 – 2020-ci illərdə aparıcı-müxbir, layihə rəhbəri, təşkilatçı, prodüser və s. vəzifələrdə çalışmış,
2020-ci ildən isə baş rejissor olmuşdur.
Müxtəlif illərdə ARB TV, Baku TV telekanalında da fəaliyyət göstərib.
2021-ci ildən həm də M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru olub.
1 mart 2024-cü il tarixdən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin bədii rəhbəridir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |