Emin Şəkinski
Emin Şəkinski (1960–2020) — polis general-mayoru, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi.
Emin Şəkinski | |
---|---|
Şəkinski Emin Əkrəm oğlu | |
Emin Şəkinski. | |
Doğum tarixi | 6 noyabr 1960 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 20 oktyabr 2020 (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Atası | Əkrəm Şəkinski |
Anası | Fərəh Şəkinskaya |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1982) • M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (–1993) |
Hərbi fəaliyyəti | |
Rütbə | General-mayor |
Vəzifəsi | Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi (rəis) |
Təltifləri |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
6 noyabr 1960-cı il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini,
1993-cü ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1985-ci ildən Azərbaycan SSR daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Müxtəlif illərdə, əvvəl Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsində şöbə rəisi, sonra Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsinin rəisi, daha sonra Xətai Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyib.
2004-cü ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin rəisi,
2005-ci ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi,
2016-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Bayrağı” ordeni (2005).
Vəfatı Vizual/Mobil redaktə
20 oktyabr 2020-ci il tarixdə – 60 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
Ailəsi Vizual/Mobil redaktə
- Atası: Əkrəm Şəkinski (1929 – 1998), mühəndis-geoloq və dövlət xadimi olub, 1991 – 1998-ci illərdə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri və s. məsul vəzifələrdə çalışıb.
- Anası: Fərəh Şəkinskaya (1929 – 2016), dövlət və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi olub, 1989 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.
- Oğlu: öz sağlığında yol qəzasında həlak olub.
Ədəbiyyat Vizual/Mobil redaktə
- General Emin Şəkinski vəfat etdi : [arx. 03.12.2020] // Sputnik.az. — 2020. — 21 oktyabr. — Müraciət tarixi: 05.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |