Eyvaz Qurbanov — Azərbaycan Milli Məclisinin deputatı.

Eyvaz Qurbanov
Qurbanov Eyvaz Daşdəmir oğlu
Eyvaz Qurbanov
Eyvaz Qurbanov.
Anadan olub 14 fevral 1963 (1963-02-14) (61 yaş)
Anadan olduğu yer Bucaq, Vartaşen (indiki Oğuz) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, bədən tərbiyəsi və idman fakültəsi (1984–1988)

 • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət və bələdiyyə idarəetməsi fakültəsi (2001–2004)

Haqqında məlumatlar

14 fevral 1963-cü il tarixdə Vartaşen (indiki Oğuz) rayonunun Bucaq kəndində anadan olub.

Təhsili

1980-ci ildə Vartaşen şəhər 2 №-li orta məktəbini bitirib.

1984 – 1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi və idman fakültəsində,

2001 – 2004-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1981 – 1983-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1988-ci ildən Vartaşen/Oğuz rayonunda orta məktəbdə müəllim,

1994 – 1999-cu illərdə T.Bəhramov adına Respublika Stadionunun direktoru,

2000-ci ildən “Olimpiya” idman kompleksinin direktoru vəzifəsində çalışıb.

2005-ci ildə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2011– 2024-cü illərdə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə çalışıb.

2024-cü ildə yenidən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Ailəsi

Evlidir, 2 övladı var

Ədəbiyyat

  1. Qurbanov Eyvaz Daşdəmir oğlu : [arx. 18 Jul 2022 - 6 Jun 2024] // Azərbaycan Respublikasının Milli Məclisi. — Müraciət tarixi: 02.09.2024.