MediaWiki:17-ci yeger alayı
17-ci yeger alayı | |
17-й егерский полк | |
17-ci və 18-ci Yeger alaylarının unter-zabitləri 1797-1801-ci illərdə | |
Mövcud olduğu illər | 5 avqust 1642-ci il - 1918-ci il. |
---|---|
Ölkə | Rusiya |
Daxildir | 19-cu piyada diviziyası (Əlahiddə Qafqaz korpusu) |
Növü | piyada |
Müharibələr | Rusiya-İran müharibəsi (1804-1813), Rusiya-Osmanlı müharibəsi (1806-1812), Rusiya-İran müharibəsi (1826-1828), Rusiya-Osmanlı müharibəsi (1828-1829), Qafqaz müharibəsi |
17-ci yeger alayı – Rusiya İmperator Ordusunun ən köhnə alaylarından biri. Alay 19-cu piyada diviziyasının tərkibinə daxil idi və İranla 1804-1813 və 1826-1828-ci illərdəki, Türkiyə ilə 1806-1812 və 1828-1829-cu illərdəki müharibələrdə, həmçinin, Qafqazda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Sonradan 17-ci yeger və 7-ci tüfəncçi adlandırılan alay fərqlənmə nişanı qəbul etməyib.
Alayın formalaşması
5 avqust 1642-ci il tarixində Moskva Butır alayının seçilmiş atıcı əsgərlərindən təşkil olunmuşdur. Butır alayı Selenqinsk alayının 3-cü və 4-cü batalyonları ilə birləşdirilərək Kuban eger korpusunun tərkibinə daxil edilmiş və bu korpus 10 dekabr 1796-cı il tarixdə 18-ci yeger batalyonu olaraq yenidən təşkil edilmiş, 28 may 1797-ci il tarixdə isə “17-ci yeger alayı” adlandırılmışdır. 1798-ci ildə 1801-ci ilə qədər alay şefinin adını daşımış, 10 aprel 1801-ci ildə “17-ci yeger” adlanmışdır. 24 fevral 1816-cı il tarixdə alayın adı “7-ci tüfəngçi (karabinernıy)”, 8 mart 1827-ci il tarixdə “Erivan tüfəngçi” olaraq dəyişdirilmişdir. 3 mart 1855-ci il tarixdə isə alay Qrenader (qumbaraçı) korpusu hesab edilmiş və “Erivan 13-cü leyb-qrenader” alayı adlandırılmışdır.
Alayın şefləri (1797—1827-ci illərdə)
- 1798 — 17.01.1799 — general-mayor Pyotr Lixaçyov
- 17.01.1799 — 14.05.1803 — генерал-майор İvan Lazarev
- 14.05.1803 — 31.07.1807 — polkovnik Pavel Karyagin
- 30.08.1807 — 08.02.1811 — polkovnik Afanasi Asyev
- 27.02.1811 — 08.06.1811 — polkovnik İvan Snaksarev
- 08.06.1811 — 22.06.1815 — polkovnik İlya Jivkoviç
Alayın komandirləri (1797—1827-ci illərdə)
- 22.05.1797 — 05.08.1797 — podpolkovnik Sergey Voyekov
- 05.08.1797 — 17.01.1799 — polkovnik (08.10.1797-ci il tarixdən 20.08.1798-ci il tarixə kimi general-mayor) İvan Lazarev
- 22.04.1799 — 08.05.1800 — polkovnik Sergey Voyekov
- 20.08.1800 — 24.01.1803 — polkovnik Pavel Karyagin
- 03.04.1805 — 21.01.1809 — mayor (23.04.1806-cı il tarixdən 12.12.1807-ci il tarixə kimi polkovnik) I Dmitri Lisanevciç
- 21.01.1809 — 14.06.1810 — polkovnik Pyotr Kotlyarevski
- 16.11.1814 — 22.06.1815 — polkovnik İvan Parfyonov
- 22.06.1815 — 10.06.1816 — polkovnik İlya Jivkoviç
- 10.06.1816 — 11.06.1822 — podpolkovnik (30.08.1816-cı il tarixdən polkovnik) Pyotr Ladinski
- 11.06.1822 — 15.03.1828 — polkovnik Nikolay Muravyov-Karsski
Alayda xidmət etmiş görkəmli şəxslər
- Aleksandr Qintovt — general-mayor, əlahiddə Sibir korpusunun ştab rəisi
- Fyodr Şirmo-Şerbinsk — general-letenant, Krasnoselski komendatı
Ədəbiyyat
- Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др. — СПб.: т-во И. В. Сытина, 1911—1915.
- Габаев Г. С. Роспись русским полкам 1812 года. Киев, 1912
- Шенк В. К. Гренадерские и пехотные полки. Справочная книжка императорской Главной квартиры. СПб., 1909
- Энциклопедия военных и морских наук // Под редакцией Г. А. Леера. Т. I—VIII. СПб., 1883—1895
Linklər
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış köməkçi məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu köməkçi məqaləni ensiklopedikləşdirmək lazımdır. |