MediaWiki:Vahanvəng

GY
Vahanvəng
Վահանվանք
Vahanvəng monastrı
Vahanvəng monastrı
Vahanvəng monastrı
Ölkə Ermənistan
Yerləşdiyi yer Qafan
Məzhəb Erməni Həvari kilsəsi
Banisi Vahan, Sünik knyazı Dzaqikin kiçik oğlu
Təməlinin qoyulması
tarixi
911
Tikinti 911—1086 
Xronologiya:
911-ci il — Kompleksin inşa edilməsi
1086-cı il — Monastırın cənub girişində
əlavə dəhliz və Müqəddəs Məryəm
kilsəsini tikilib

Vahanvəng (Qafqaz)
Vahanvəng (Ermənistan)
Vahanvəng (Ermənistan)
 39°21′04″N 46°19′55″E / 39.35111°N 46.33194°E / 39.35111; 46.33194

Vahanvəng (erm.: Վահանվանք)  — Ermənistanın Sünik mərzində, Qafan şəhərindən 7 km qərbdə yerləşən monastır. Sünik çarlarının və knyazlarının dəfn olunduğu yerdir.

Tarixi

Vahanvəng monastırını 911-ci ildə Sünik knyazı Dzaqikin kiçik oğlu Vahan tikdirib[1]. Sünik knyazlığının dini mərkəzi olmuşdur. Kompleksin köhnə binası — Müqəddəs Qriqori kilsəsi, günbəzlidir və burada bir neçə qədim kitabə var. Bundan sonra knyaz Vahan monastırın qərb hissəsində əlavə bir tağlı dəhliz (foye) və portik də tikdirmişdir. Portik cənub istiqamətindən şimal istiqamətinə doğru – eyvanadək uzanır. 1086-cı ildə çariça II Şahanduxt (1116-cı ildə ölüb) və onun bacısı Kata monastırın cənub girişində əlavə dəhliz və Müqəddəs Məryəm kilsəsini tikdiriblər[1]. Monastır ərazisindəki xaçkarlar, kitabələr, qəbirlər və digər təyinatlı tikililər X—XI əsrlərə aid edilir. Vahanvəngdə Sünik çarlarının məqbərəsi də var. Çar Vasaqın (1051-ci ildə ölüb), çar I Qriqorun (1072-ci ildə ölüb), çar Sənəkərimin anası — knyagina Sofinin (1081-ci ildə ölüb) və çar nəslindən olan bir çoxlarının qəbirlərinin sinədaşları aşkar edilib[2].

İstinadlar

Həmçinin, bax:

Ədəbiyyat