Nurəddin Həmidov — tanınmış musiqiçi-pedaqoq və kamança ifaçısı.

Nurəddin Həmidov
Həmidov Nurəddin Alməmməd oğlu
Nurəddin Həmidov
Nurəddin Həmidov.
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1954 (1954-03-10) (70 yaş)
Doğum yeri Kiş, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Həmidova Aliyə Mustafa qızı
Uşaqları Tural, Sevinc, Vəfa, Nargilə
Atası Şükrullayev Alməmməd Şükrullah oğlu
Anası Həmidova Fatimə Abid qızı

Musiqi aləti kamança
Təhsili Şəki Orta İxtisas Musiqi Texnikumu, kamança ixtisası (1972–1973, əyani; 1975–1977, qiyabi)
Tanınır Bala Habil
Adının digər versiyaları Nureddin Hemidov, Nuraddin Hamidov, Нураддин Гамидов, Нурәддин Һәмидов

Haqqında məlumatlar

10 mart 1954-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1961 – 1969-cu illərdə Kiş kənd orta məktəbində səkkizillik təhsil alib.

1966 – 1969-cu illərdə Şəki/Nuxa şəhər 2 №-li uşaq musiqi məktəbinin kamança sinfində Telman Bəkirovdan dərs alıb.

1972 – 1973-cü illərdə kamança ixtisası üzrə Şəki Orta İxtisas Musiqi Texnikumununda əyani,

1975 – 1977-ci illərdə isə qiyabi təhsil alıb.

Hərbi xidmətdə

1973 – 1975-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1969 – 1972-ci illərdə V.İ.Lenin adına Şəki İpək Kombinatının boyaq-bəzək istehsalatında fəhlə,

1976 – 1996-cı illərdə İsmayıllı rayon uşaq musiqi məktəbində kamança müəllimi,

1996 – 1997-ci illərdə Şəki şəhər mədəniyyət evinin ansamblında konsertmeyster işləyib.

1997 – 2010-cu illərdə isə əmək və musiqiçi fəaliyyətini Rusiya Federasiyasında davam etdirib.

Ədəbiyyat

  1. Təhmirazqızı S. Nurəddin Həmidov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 182. — 300 nüsx.

Videolar