Rüstəm xan Xoyski
Rüstəm xan Xoyski (1888–1939) — hüquqşünas və dövlət xadimi; Azərbaycan Cümhuriyyətinin ümuri-xeyriyyə (sosial təminat) naziri və nazir müavini, ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini, Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifələrində çalışmışdır. Fətəli xan Xoyskinin kiçik qardaşıdır.
Rüstəm xan Xoyski | |||||||
---|---|---|---|---|---|---|---|
Xoyski Rüstəm xan İsgəndər xan oğlu | |||||||
Rüstəm xan Xoyskinin şərəfinə buraxılmış poçt markası üzərində şəkli. | |||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
Sələfi | Musa bəy Rəfiyev | ||||||
Xələfi | Valerian Klenevski | ||||||
Doğum tarixi | 28 noyabr 1888 | (Yuli təqvimi ilə 15 noyabr 1988)||||||
Doğum yeri | Nuxa (Şəki), Nuxa qəzası, Yelizavetpol (Gəncə) quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 1939 | ||||||
Vəfat yeri | Moskva, RSFSR, SSRİ | ||||||
Atası | İskəndər xan Xoyski | ||||||
Anası | Şəhrəbanu | ||||||
Təhsili | Sankt-Peterburq İmperator Universiteti, hüquq fakültəsi (1906 – 1913) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
28 noyabr 1888-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1906-cı ildə Yelizavetpol (Gəncə) klassik gimnaziyasında orta təhsilini başa vurub.
1906 – 1913-cü illərdə Sankt-Peterburq İmperator Universitetinin hüquq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1913 – 1916-cı illərdə Yelizavetpol (Gəncə) Dairə Məhkəməsində,
1916 – 1917-ci illərdə isə Bakı Dairə Məhkəməsində andçı müvəkkil müavini vəzifəsində işləyib.
1917-ci ildə Bakı Dairə Məhkəməsi sistemində vəkil köməkçisi idi.
1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra bir müddət Cümhuriyyət Heyəti-Vükəla (Nazirlər Şurası) İdarəsinin müdiri vəzifəsində çalışıb.
26 dekabr 1918-ci il tarixdən 14 mart 1919-cu il tarixədək – Fətəli xan Xoyskinin qurduğu 3-cü hökumət kabinəsində, ümuri-xeyriyyə (sosial təminat) naziri,
14 mart 1919-cu il tarixdən 22 dekabr 1919-cu il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 4-cü hökumət kabinəsində, ümuri-xeyriyyə nazirinin müavini,
24 dekabr 1919-cu il tarixdən 1 aprel 1920-ci il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 5-ci hökumət kabinəsində, isə ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini vəzifəsini tutub.
27 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra 15 may 1920-ci il tarixədək bir müddət Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifəsində çalışıb.
1924-cü ildə Azərbaycan İctimai Şuralar Cümhuriyyəti Ali İqtisad Şurasında və Xalq Komissarları Şurasında katib idi.
Sonralar Moskvaya köçmüş və Moskvada müxtəlif dövlət idarələrində çalışmışdır.
Məhkumluğu Vizual/Mobil redaktə
1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən həbs edilib; 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanılıb, sonra isə sürgünə göndərilib. Həbsdə olarkən, anası Şəhrəbanı oğlunu xilas etmək üçün Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanova ərizə ilə müraciət ebib, lakin Nəriman Nərimanov bu ərizəyə qəti cavab verməyib.
Digər Vizual/Mobil redaktə
Peterburq Universitetində Azərbaycandan getmiş tələbələrin təşkil etdiyi yerdaşlıq cəmiyyətinin üzvü olub.
1917-ci ildə əvvəlcə Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə, sonra isə komitənin siyasi bölməsinə üzv seçilib.
Vəfatı Vizual/Mobil redaktə
1939-cu ildə Moskvada vəfat edib; Novodeviçye qəbiristanlığında – qaynı, mühəndis İ.İ.Yutkeviçin qəbrinin yanında dəfn olunub.
İstifadə edilmiş mənbə Vizual/Mobil redaktə
- Mərdanov M.C., Tahirzadə Ə.Ş. XOYSKİ Rüstəm xan İsgəndər xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 382 – 388. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Apr 2021 - 28 Aug 2021.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası |