Rəvan Həmzəzadə — tanınmış futbol hakimi. 2 dəfə Azərbaycanın ən yaxşı hakimi adına layiq görülmüşdür.

Rəvan Həmzəzadə
Həmzəzadə Rəvan Aydın oğlu
Rəvan Həmzəzadə
Şəxsi məlumatlar
Doğum tarixi 28 avqust 1987 (1987-08-28) (37 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Həmzəzadə Aydın Şükür oğlu.
Anası Həmzəzadə Kəmalə Nurəddin qızı
Həyat yoldaşı Samirə
Uşaqları Aylin, Səma və Aydın
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Beynəlxalq Universiteti (2008–2012)
İdman növü futbol

Haqqında məlumatlar

28 avqust 1987-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1994 – 2005-ci illərdə Şəki şəhər 20 saylı orta məktəbində,

2008 – 2012-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb.

Əmək və idman fəaliyyəti

1999-çu ildən öz yaş qrupu üzrə Şəki şəhər futbol komandasının üzvü olub, zona və respublika çempionatlarında iştirak edib.

2004-cu ildən futbolçu fəaliyyətini Zaqatalanin “Simurq” komandasında davam etdirib.

2008-ci ildən futbol hakimi kimi fəaliyyətə başlayıb və Premyer Liqada 1000-ə yaxın oyununun hakimi olub. O cümlədən, 100-ə yaxın oyunda meydana baş hakim olaraq çıxıb. Bir sıra beynəlxalq yoldaşlıq görüşlərini və təlim-məşq toplanışlarını da idarə edib.

2 iyun 2024-cü il tarixdə Azərbaycan kuboku üzrə final oyununun baş hakimi olmuşdur.