Seymur Qasımzadə
Seymur Qasımzadə — tanınmış vokal ifaçısı və Şəki şəhərində fəaliyyət göstərən “Foto Seymur” studiyasının sahibi.
Seymur Qasımzadə | |
---|---|
Qasımzadə Seymur Allahyar oğlu | |
Seymur Qasımzadə. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 fevral 1962 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tətbiqi riyaziyyat fakültəsi (1979–1984) |
facebook səhifəsi |
Haqqında məlumatlarRedaktə
12 fevral 1962-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1969 – 1979-cu illərdə Şəki şəhər 8 №-li rus orta məktəbində,
1979 – 1984-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1984-cü ildən təyinat üzrə “HORD” Elmi-Tədqiqat İnstitutunda riyaziyyatçı-proqramçı,
1992 – 1994-cü illərdə Şəki şəhər fizika və riyaziyyat təmayüllü liseyində informatika müəllimi,
1993 – 2006-cı illərdə isə Şəki seysmoloji rəsədxanasında mühəndis vəzifəsində çalışıb.
1996-cı ildə Şəki şəhərində “Foto Seymur” adı fotostudiya açıb və sahibkarlıq fəaliyyəti ilə də məşğul olmağa başlayıb.
Musiqi fəaliyyətiRedaktə
2000 – 2001-ci illərdə “Zirvə” ansamblının üzvü olub.
QastrollardaRedaktə
1996-cı ildə Türkiyənin Bursa şəhərində keçirilmiş Beynəlxalq Mahnı və Rəqs festivalında, müxtəlif illərdə keçirilmiş “İpək yolu” beynəlxalq musiqi festivallarında,
2015-ci ildə Bakıda keçirilən Şəki günlərində vokal ifa etmək bacarığını nümayiş etdirib.
Təltif və mükafatlarıRedaktə
2007-ci ilin yekunlarına görə Şəki şəhər İcra Hakimiyyətinin “İlin paparatsisi” diplomu ilə təltif edilib.
AiləsiRedaktə
Evlidir. 2 övladı var.
ƏdəbiyyatRedaktə
- Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı // “Babadağ” qəzeti : qəzet. — Bakı: Azərbaycan, ≈2002. — № 46 – 47 (52–53). — Səh. 15.
- Təhmirazqızı S. Seymur Qasımzadə // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 204. — 300 nüsx.
- Jurnalın qonağı : Şəki — doğma diyar : [arx. 18.02.2022] // Azərbaycan dünyası. — 2009. — 11 avqust. — Müraciət tarixi: 18.02.2022.
AidiolarRedaktə
Videolar və video-çarxlarRedaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |