Seyran Zülfüqarov — tanınmış musiqiçi-pedaqoq və tarzən. Tar və ud alətlərinin ustası kimi də tanınmışdır.

Seyran Zülfüqarov
Zülfüqarov Seyran Qasım oğlu
Seyran Zülfüqarov
Seyran Zülfüqarov (2024).
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1947 (1947-09-15) (77 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Musiqi aləti tar
Təhsili Nuxa/Şəki Orta İxtisas Musiqi Məktəbi (1964–1970)

Haqqında məlumatlar

15 sentyabr 1947-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1959 – 1964-cü illərdə şəhər Nuxa şəhər 1 №-li musiqi məktəbində tar müəllimi Maqsud Şirinzadədən dərs alıb.

1964 – 1970-ci illərdə təhsilini Nuxa/Şəki Orta İxtisas Musiqi Məktəbinin tar sinfində davam etdirib. Not müəllimi Ağaverdi Dadaşov, muğam müəllimi Maqsud Şirinzadə olub.

Əmək və musiqiçi fəaliyyəti

1970 – 1976-cı illərdə Şəki şəhər 1 №-li musiqi məktəbində,

1976-cı ildən isə Şəki Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib.

Digər

1970-ci ildə Şəki şəhər şəhər mədəniyyət evində “Səbuhi” xalq çalğı alətləri ansamblını təşkil edib. Bu ansambl onun rəhbərliyi ilə Azərbaycanın bir sıra şəhər və rayonlarında qastrol səfərlərində olub, Bakıda keçirilən respublika əhəmiyyətli tədbirlərdə, Moskvada SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində keçirilən festivallarda iştirak edib.

1991 – 2006-cı illərdə Şəkidə keçirilən Ələsgər Abdullayevin xatirəsinə həsr olunmuş muğam festivallarında xalq artistləri Yaqub Məmmədovu, İslam Rzayevi, Arif Babayevi, Canəli Əkbərovu, Tükəzban İsmayılovanı, Səkinə İsmayılovanı, Ağaxan Abdullayevi və başqalarını tarda müşayiət edib.

Ədəbiyyat

  1. Təhmirazqızı S. Seyran Zülfüqarov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 177. — 300 nüsx.

Həmçinin, bax: