Tural Möyüfov
Tural Möyüfov — peşəkar rəssam, bir sıra beynəlxalq rəsm sərgilərinin iştirakçısı.
Tural Möyüfov | |
---|---|
Möyüfov Tural Namiq oğlu | |
Tural Möyüfov. | |
Doğum tarixi | 15 dekabr 1991 |
Doğum yeri | Kiş, Şəki rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbbaycan Dövlət Rəssamlıq Akademiyası, təsviri sənət fakültəsi (2009–2013) |
facebook səhifəsi |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 dekabr 1991-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1998 – 2009-cu illərdə Kiş kənd 1 saylı orta məktəbdə təhsil alıb.
2004 – 2009-cu illərdə Fuad Əbdürəhmanov adına Şəki Şəhər 1 saylı Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənib.
2009 – 2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət fakültəsində təhsil alıb.
Hərbi xidmət Vizual/Mobil redaktə
2013 – 2014-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək və yaradıcılıq fəaliyyəti Vizual/Mobil redaktə
2015-ci ildə qısa müddət Şəki Dram Teatrında fəaliyyət göstərib; “Oğru” tamaşasının quruluşçu rəssamı olub.
2017-ci ildə “Xənnas” filmində rəssamı olub.
2017 – 2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədris ustası vəzifəsində çalışıb.
Bir sıra yerli və beynəlxalq sərgi və simpoziumlarda iştirak edib.
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
İştirak etdiyi sərgilər Vizual/Mobil redaktə
- “Gənclər” (2013, 2019);
- VI Beynəlxalq Tullantıdan Sənətə simpozium (Bakı 2017);
- İACEA HANRYU ART (Koreya 2018);
- “Qrafika” (2019);
- Beynəlxalq Ostraka Biennalı (Misir 2019);
- “31 Mart Azərbaycanlıların Soyqrımı Günü” (2019);
- VI Beynəlxalq İpək Yolu İncəsənət Festivalı (Çin 2019);
- Yaxın Doğu Universiteti Kipr Müasir İncəsənət Muzeyi simpozium və sərgisi (Kipr 2019).
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |