Xanlar ağa
Xanlar ağa (-1780–1793) — Şəki xanı Məhəmmədhüseyn xanın oğlu. Anadan olduğu tarix məlum deyil. Anası Gəncə xanı Şahverdi xanın qızı Xeyrannisə xanım idi. Məhəmmədhüseyn xan 1780-cı ilin avqustunda öldürülərkən Xeyrannisə xanımın 20 yaşı vardı və o, daha sonra Qarabağ xanı İbrahim xanın oğlu Məhəmmədhəsən ağaya ərə getmişdir[1].
Xanlar ağa | |
---|---|
Xanlar ağa Məhəmmədhüseyn xan oğlu | |
Xanlar ağanın baş daşısının kitabəsi. | |
Anadan olub | -1780 |
Vəfat edib | sentyabr 1793 |
Atası | Məhəmmədhüseyn xan Həsən ağa oğlu |
Anası | Xeyrannisə xanım Şahverdi xan qızı |
Xanlar ağanın başdaşında hicri 1207-ci ilin səfər ayında (8 sentyabr–6 oktyabr 1793) vəfat etdiyi qeyd edilib[2]. Həmin başdaşı hal-hazırda Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində saxlanılmaqdadır. Meşədixanım Nemət öz kitabında göstərir ki, bu başdaşı muzeyə Şəki xan qəbiristanlığından gətirilmişdir[3][qeyd 1].
QeydlərRedaktə
- ↑ Lakin mümkündür ki başdaşı muzeyə Şəki xan qəbiristanlığından yox, əslində Giləhli minarəsinin yanında vaxtilə mövcud olmuş qəbiristanlıqdan gətirilsin. Belə ki həmin qəbiristanlıq ərazisi eroziyaya məruz qalaraq tamamilə dagıldığına görə oradakı yazılı baş daşıları müxtəlif muzeylərə yerləşdirilmişdir.
İstinadlarRedaktə
ƏdəbiyyatRedaktə
- Родсловная таблица ганджинских ханов // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1875. — Т. VI, часть вторая. — С. 905.
- Неймат М.С. 595 // Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 102–103 с. — 1.000 экз.
- Неймат М.С. 595 // Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 211 с. — 1.000 экз.
- Nemətova M.S. Nuxa “Xan qəbiristanlığı”ndakı başdaşıların kitabələri haqqında (azərb.) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri : İctimai elmlər seriyası. — Bakı, 1961. — № 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Sep 2023 - 10 Dec 2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |