3.638 bayt əlavə edildi
, 12:26, 26 mart 2020
[[Kateqoriya:S]]{{Alim
|Şəkil = Sina Bərköz.jpg
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Adı = Sina Bərköz
|Tam adı =
|Digər adları =
|Doğum tarixi = [[15 may]], [[1936]]
|Doğum yeri = [[İstanbul]], [[Türkiyə]]
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Sayt =
}}
'''Sina Bərköz''' Azərbaycan əsilli alim,Memar, akademik
== Həyatı ==
Kökcə Azərbaycana bağlı dünya şöhrətli memar Prof. Dr. Sina Bərköz, [[Şəki]]də doğulmuş, [[1905]]-də ailəsiylə birgə Türkiyəyə mühacirət etmiş və sonralar Türkiyə Jandarmasının Baş Komutanı olmuş general-polkovnik Mehmet Nuri Bərköz’ün (1889-1975) oğlu, T.C. Üçüncü Ordusunun komandanı və T.C. Milli Təhlükəsizlik Təşkilatının Baş katibi olmuş ordu generalı Mahmud Bərköz’ün (1895-1989) qardaşı oğludur. Ana tərəfdən də yenə [[Türkiyə]] Ordusunda general olmuş Şəkili Darğazadə Həsən Behcət paşanın (1863-1925) nəvəsidir.
Sina Bərköz [[1936]]-cı ildə İstanbulda doğulub. 1960-da İstanbul Texnik Universiteti memarlıq fakültəsini bitirərək “yüksək mühəndis memar” adı alıb. [[1968]]-də “doktor mühəndis”, [[1972]]-də “universitet dosenti” və [[1979]]-da da “universitet professoru” akademik ünvanlarını qazanıb.
== Fəaliyyəti ==
[[1960]]-[[1972]]-ci illər arasında İstanbul Texnik Universiteti memarlıq fakültəsində tədris üzvü (müəllim) yardımçısı, 1972-1982-ci illər arasında da tədris üzvü (müəllim) olaraq çalışıb. Bu dönəm içində [[1969]]-[[1971]]-ci illərdə [[Amerika Birləşmiş Ştatları]]nda [[Kornell]] və [[Kanzas]] universitetlərində Fulbright proqramı çərçivəsində müəllim olaraq dərs verib və araşdırmalar aparıb.
[[1980]]-[[1988]]-ci illər arasında [[Səudiyyə Ərəbistanı]]nda King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb.
[[1988]]-də yurda döndükdən və qısa bir müddət özəl sektorda çalışdıqan sonra [[1990]]-da yenidən [[İstanbul]] Texnik Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
[[1992]]-də Memar Sinan Universitetinin memarlıq fakültəsində müəllimlik edib. [[1997]]-də Səudiyyə Ərəbistanında King Feysəl Universiteti memarlıq və planlama fakültəsindən aldığı təkliflə Memar Sinan Universitetinin icazəsiylə həmin fakültənin yapım bilimi və texnologiyası bölümündə [[1998]]-[[1999]]-cu tədris ilinin sonunadək qonaq professor vəzifəsində çalışıb.
[[2000]]-də Memar Sinan Universitetindən öz istəyi ilə təqaüdə çıxaraq [[Bəhreyn]] Universitetinin mühəndislik fakültəsində professor olaraq vəzifə tutub. İndi də bu universitetdəki akademik və idari vəzifələrinə davam etməkdədir
== İxtisas sahələri ==
İxtisas sahələri yapım texnologiyası (Building Technology) və yapım proje yönətimidir (Construction Project Management). Yapım proje yönətimi ixtisası daxilində özəlliklə bilgisayar dəstəkli araşdırma və tətbiq mövzuları ilə maraqlanmaqdadır.
== Üzv olduğu təşkilatlar ==
Prof. Dr. Sina Bərköz Avstraliyada yayınlanan “Architectural Science Review” adlı dərginin [[1976]]-cı ildən [[2000]]-ci ilədək redaksiya heyətinin üzvü vəzifəsini daşıyıb (Bəhreynə gedərkən bu vəzifəni buraxıb); ABŞ-dakı PMI-Project Management Institute, CMAA - Construction Management Association of America ilə ACCE - American Council for Construction Education adlı qurumların da üzvü olub.
[[Kateqoriya:İstanbulda doğulanlar]]