Changes

5.251 bayt əlavə edildi ,  22:22, 22 may 2021
Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoq...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]
{{Şəxs
|Adı = Rəşad Rəşidov
|Tam adı = Rəşidov Rəşad Məmməd oğlu
|Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz-->
|Şəkil = Rəşad_Rəşidov.jpg
|Şəklin ölçüsü =
|Şəklin izahı = Rəşad Rəşidov.
|Digər adı =
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1946|8|14}}
|Doğum yeri = [[Nuxa]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{SSRİ}}
|Vəfat tarixi =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı =
|Həyat yoldaşı =
|Uşağı =
|Partnyoru =
|Atası = [[Məmməd Rəşidov]]
|Anası =
|Milliyəti =
|Dini =
|İxtisası =
|Təhsili = Bakı Energetika Texnikumu (1960–1964)

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnistitutu, tarix fakultəsi (1969–1973)

Azərbaycan {{KP MK}} yanında Marksizm-Leninizm Universiteti (1976–1978)
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|Saytı =
|Commons =
}}
'''Rəşad Rəşidov''' — tanınmış təhsil işçisi və pedaqoq, Şəki Şəhər Təhsil Şöbəsinin tərbiyə işinin istiqamətləndirilməsi üzrə metodisti.

==Haqqında məlumatlar==
14 avqust 1946-cı il tarixdə Şəki şəhərində, ziyalı ailəsində anadan olub.

===Təhsili===
1953 – 1960-cı illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbdə,

1960 – 1964-cü illərdə Bakı Energetika Texnikumunda təhsil alıb.

1965-ci ilin iyun ayında ixtisasartırma kursuna göndərilib və elektrik şəbəkələrində izolyasiya xidməti mühəndisi ixtisasına yiyələnib.

1969 – 1973-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnistitutunun tarix fakultəsində təhsil alıb.

1976 – 1978-ci illərdə Azərbaycan {{KP MK}} yanında Marksizm-Leninizm Universitetində dinləyici olub.

===Hərbi xidmətdə===
1965 – 1968-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

===Əmək fəaliyyəti===
1964-cü ilin dekabrında təyinatla Nuxa Elektrik Şəbəkəsində texnik-elektrik vəzifəsində işləməyə göndərilib.

1968-ci ilin dekabr ayından 1969-cu ilin iyul ayınadək Azərelektroişıq zavodunda tənzimləyici çilingər vəzifəsində işləyib.

1973 – 1979-cu ildə Vartaşen şəhər 2 №-li tam orta məktəbində tərbiyə işləri üzrə təşkilatçı,

1979-cu ildə Vartaşen rayon Bayan kənd orta məktəbində direktor vəzifəsində işləyib.

1979-cu ildən Şəki şəhər 43 №-li orta texniki peşə məktəbində tarix və hüquq müəlllimi,

1981 – 1985-ci illərdə Şəki Şəhər Xalq Nəzarəti Komitəsində inspektor,

1985 – 1997-ci illərdə əvvəl Şəki şəhər 91 №-li peşə məktəbində direktor, sonra isə Şəki Şəhər Təhsil Şöbəsində tarix fənni üzrə metodist,

1997 – 2003-cü illərdə Şəki şəhər 1 №-li texniki peşə məktəbinin direktoru vəzifəsində işləyib.

2004-cü ildən Şəki Şəhər Təhsil Şöbəsində tərbiyə işinin istiqamətləndirilməsi üzrə metodist vəzifəsində işləyir.

===Kitabları===
# '''Bir zərrənin işığına milyonlar şərik''' (Bakı 2004-cü il, 60 səhifə) – kitabda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının orta məktəblərinin V-VI sinif şagirdlərinin beynəlxalq humanitar hüququn əsaslarının öyrənilməsinə həsr olunmuş inşa, yazı və rəsm müsabiqəsi qaliblərinin işləri toplanmışdır.
# '''Açılmamış səhifələr''' (Bakı, 2005-ci il, 114 səhifə) – Kitabda 1941–1945-ci illər müharibəsi üzrə qələbənin 60 illiyinə hazırlıq və yubileyin qeyd edilməsi üçün Milli Proqramın həyata keçirilməsi ilə bağlı hazırlanmış metodiki tövsiyələr, inşa, hekayə, sənədli hekayə, oçerk, məqalə, şeir, yaşlıların xatirələri, rəsm və esse nominasiyaları üzrə müsabiqə qaliblərinin işləri öz əksini tapmışdır.
# '''İbtidai siniflərdə tərbiyə işinin planlaşdırılması və onun həyata keçirilməsi metodikası''' (ibtidai sinif müəllimləri üçün metodiki vəsait, Bakı, 2011-ci il) – Azərbaycan Respublikası Təhsil Şurası idarə heyətinin qərarı ilə çap olunmuşdur. Redaktor pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevdir.
# '''Yenilənən məktəblərimizdə tərbiyə işinə yeni baxış''' (sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçılar üçün metodiki vəsait, Bakı, 2019-cu il) – Şəki Şəhər Təhsil Şöbəsi şürasının qərarı ilə çap edilmişdir.

==Rəşidovların nəsil şəcərəsi==
{{Rəşidovlar}}