4.001 bayt əlavə edildi
, 17:23, 7 iyun 2020
{{Mükafat
|Adı = "Tərəqqi" medalı
|Şəkil = "Tərəqqi" medalı.png
|Şəklin eni = 150px
|Lentin şəkli = AZE Progress Medal (2013) BAR.svg
|Ölkə = Azərbaycan
|Tip = Medal
|Status = təqdim olunur
|Təsis tarixi = 10 noyabr 1992
|İlk təltif =
|İlk laureat =
|Son təltif =
|Son laureat =
|Sayı =

'''"Tərəqqi" medalı''' — [[Azərbaycan]]ın dövlət təltifi. "Tərəqqi" medalı, [[Azərbaycan Prezidenti]] [[Əbülfəz Elçibəy]]in [[1992]]-ci il [[10 noyabr]] tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. [[Heydər Əliyev]]in [[1993]]-cü il [[6 dekabr]] tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib.
== Əsasnaməsi ==
"Tərəqqi" medalının əsasnaməsi, [[Heydər Əliyev]]in [[1993]]-cü il [[6 dekabr]] tarixli 758 saylı Qanunu ilə təsdiq edildi.
{{Sitatın əvvəli}}
1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə;

1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə;

1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə;

1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;

1.5. Bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə.

2. "Tərəqqi" medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "İgidliyə görə" medalından sonra taxılır.
{{Sitatın sonu}}
== Təsviri ==
"Tərəqqi" medalının təsviri [[Heydər Əliyev]]in [[1993]]-cü il [[6 dekabr]] tarixli 758 saylı Qanunu ilə təsdiq edilmişdir.
{{Sitatın əvvəli}}
"Tərəqqi" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 36 mm diametrli dairəvi lövhədir, kənarları yaşıl minalı hərəkət simvollu haşiyələrdən ibarətdir.

Medalın mərkəzində çiçəklənmə rəmzi təsvir olunmuşdur və onun üzərində çevrə boyunca '''"TƏRƏQQİ"''' sözü yazılmışdır. Gül təsviri və yazı qabarıqdır.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə yaşıl çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin sağ və sol kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm, 2 mm və 1 mm enində göy rəngli üç şaquli zolaq yerləşir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü bürünc rəngli təbəqə bərkidilir.

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
{{Sitatın sonu}}
{| class="wikitable" align="center" border="1" cellpadding="3"
! style="background:#efefef;" | '''1993'''
! style="background:#efefef;" | '''22 aprel 2009-cu ilədək'''
! style="background:#efefef;" | '''22 may 2009-cu ildən'''

| align="center" | [[Şəkil:Tərəqqi medalı-1993.jpg|90px]]
| align="center" | [[Şəkil:Tərəqqi medalı.jpg|75px]]
| align="center" | [[Şəkil:"Tərəqqi" medalı.png|70px]]

! colspan="3" style="background:#efefef;" | Lent

| align="center" |
| align="center" | [[Şəkil:AZE Progress Medal (until 2009) BAR.svg|center|90px]]
| align="center" | [[Şəkil:AZE Progress Medal (2009) BAR.svg|center|90px]]

== Həmçinin bax ==
* [["Tərəqqi" medalı ilə təltif edilənlərin siyahısı]]
== İstinadlar ==
{{İstinad siyahısı|1}}
{{Azərbaycan Respublikasının dövlət təltifləri}}
[[Kateqoriya:"Tərəqqi" medalı]]
[[Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər]]