Changes

Səhifəni '{{Mükafat |Adı = "Vətənə xidmətə görə" ordeni |Şəkil = Vətənə xidmətə görə ordeni, 1-ci dərəcəsi-2013.jpg |Şəkil2dər...' ilə yarat
{{Mükafat
|Adı = "Vətənə xidmətə görə" ordeni
|Şəkil = Vətənə xidmətə görə ordeni, 1-ci dərəcəsi-2013.jpg
|Şəkil2dər = Vətənə xidmətə görə ordeni, 2-ci dərəcəsi-2013.jpg
|Şəkil3dər = Vətənə xidmətə görə ordeni, 3-cü dərəcəsi-2013.jpg
|Şəklin eni = 120px
|Lentin şəkli = AZ Vetene xidmete gore Order rib.png
|Lentin şəkli2dər = AZ Vetene xidmete gore Order rib.png
|Lentin şəkli3dər = AZ Vetene xidmete gore Order rib.png
|Lentin eni = 100px
|Orijinal adı =
|Deviz =
|Ölkə = {{AZE}}
|Tip =
|Kimə verilir =
|Status = verilir
|Parametrlər =
|Təsis tarixi = [[7 noyabr]] [[2003]]
|İlk təltif =
|İlk laureat =
|Son təltif =
|Son laureat =
|Sayı =
|Əvvəlki mükafat =
|Sonrakı mükafat = [["Dostluq" ordeni (Azərbaycan)|"Dostluq" ordeni]]
|Müvafiqdir =
}}

'''"Vətənə xidmətə görə" ordeni''' — 7 noyabr 2003-cü ildə təsis edilmiş Azərbaycan Respublikasının ordeni.

== Statusu ==
[[Azərbaycan Respublikası]]nın üç dərəcədə "Vətənə xidmətə görə" ordeni aşağıdakılara görə verilir:
:- Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
:- dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
:- milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

"Vətənə xidmətə görə" ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır.

"Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.

"Vətənə xidmətə görə" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.

== Təsviri ==
"Vətənə xidmətə görə" ordeni hər tərəfə şüalar saçan səkkizguşəli ulduzəsasında tərtib edilmiş kompozisiyadan ibarətdir.

Lövhənin çökək mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Orden üç səviyyədən ibarətdir, səkkizguşəli ulduzun yığılması iki kvadrat təşkil edir, onun mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur. Gerbin üst hissəsində dairənin yarımçevrəsi boyunca "Vətənə xidmətə görə" sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.

"Vətənə xidmətə görə" ordeninin üç dərəcəsi vardır: Onun birinci dərəcəsi qızıldan, ikinci dərəcəsi gümüşdən, üçüncü dərəcəsi bürüncdəndir. Ordenin qabarit ölçüləri 35 mm x 35 mm-dir.

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.

Orden paltara bərkidilmək üçün elementi olan 27mm x 47,5 mm mm ölçüdə müvafiq olaraq qırmızı-qara, tünd göy-mavi və çəhrayışabalıdı çalarlı beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.

== "Vətənə xidmətə görə" ordeni poçt markası üzərində ==
[[Şəkil:Stamps of Azerbaijan, 2011-968.jpg|left|thumb|200px|[[2011]]-ci ildə buraxılmış poçt markası]]
[[2011]]-ci ilin [[5 sentyabr|sentyabr ayının 5-də]] [[Bakı şəhəri]]ndə [[Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi]]nin "[[Azərmarka]]" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Vətənə xidmətə görə" ordeninə həsr olunmuşdur<ref>[http://www.ictnews.az/read.php?lang=1&content=3531 Yeni markalar çap olunub. '''ictnews.az'''] {{az}}</ref><ref>[http://www.azermarka.az/index_az.php?subaction=showfull&id=1315998676&archive=&start_from=&ucat=1& 05.09.2011. Azərbaycan Respublikasının Ordenləri. '''azermarka.az'''] {{az}}</ref>.

== Laureatları ==
{{Həmçinin bax|"Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlərin siyahısı}}

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Mənbə ==
*"Azərbaycan Respublikasının "Vətənə xidmətə görə" ordeninin Statutu", Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ saylı Qanunu.
*"Azərbaycan Respublikasının "Vətənə xidmətə görə" ordeninin Təsviri", Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ saylı Qanunu.

== Xarici keçidlər ==
*[http://www.scribd.com/doc/33748053/Ordenl%C9%99r-v%C9%99-Medallar#page50 Ordenlər və medallar, səh. 30]

{{Azərbaycan Respublikasının dövlət təltifləri}}

[[Kateqoriya:Azərbaycan Respublikasının ordenləri]]