Yeganə Axundova
Yeganə Axundova — tanınmış pianoçu və kompozitor, Azərbaycan Respublikasının xalq artisti, professor, Bakı Musiqi Akademiyasının xarici əlaqələr üzrə prorektoru.
Yeganə Axundova | |
---|---|
Axundova Yeganə Əsgər qızı | |
Yeganə Axundova | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 may 1960 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Peşələri | bəstəkar, pianoçu, pedaqoq, |
|
|
Musiqi aləti | piano |
Təhsili | Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası |
Mükafatları |
Haqqında məlumatlarRedaktə
22 may 1960-cı il tarixdə Nuxada (indiki Şəki) şəhərində anadan olub.
TəhsiliRedaktə
1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Əmək fəaliyyətiRedaktə
1984-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında/Bakı Musiqi Akademiyasında işləyir; o cümlədən,
2003-cü ildən dosent,
2005-ci ildən xarici əlaqələr üzrə prorektor,
2009-cu ildən professor vəzifəsini tutub.
Yaradıcılıq fəaliyyətiRedaktə
1985-cı ildə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında əmək təcrübəsi də əldə edib.
Bir çox ölkələrdə (Almaniya, Yunanıstan, İtaliya, Norveç, Türkiyə, Fransa, Avstriya, Polşa, Böyük Britaniya, Rusiya, İspaniya, Macarıstan, Mərakeş, Ruminiya və s.) qastrollarda olub.
Təltif və mükafatlarıRedaktə
- Bakıda təşkil olunmuş pianoçuların Beynəlxalq Zaqafqaziya Müsabiqəsinin diplomu (1985);
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2006);
- “Humay” Azərbaycan Milli Mükafatı (2007);
- AMEA-nın Yusif Məmmədəliyev adına mükafatı (2007);
- Avropa – Amerika Qadın Konsorsiumunun “Uğurlu qadın” beynəlxalq mükafatı;
- Beynəlxalq “Niaqara qızıl musiqisi” mükafatı (Kanada, Beynəlxalq Niaqara Müsiqi festivalı, 2007);
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (2012).
Həmçinin, bax:Redaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |