Cəlil Xəlilov
Cəlil Xəlilov | |
---|---|
Xəlilov Cəlil Əliheydər oğlu | |
Cəlil Xəlilov | |
Anadan olub | 14 mart 1924 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 7 dekabr 2004 (80 yaşında) |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tərcüməçi |
Təhsili |
Nuxa İkiillik Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (1940 – 1942) S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1946 – 1948) |
Mükafatları |
Cəlil Xəlilov (Xəlilov Cəlil Əliheydər oğlu; ) — tərcüməçi-jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969). Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhvə vermişdir. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü kimi o, azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində işlər görüb. O cümlədən, “Əsrin müqaviləsi”nin və bir sıra beynəlxalq sənədlərin tərcüməsində iştirak edib.
Haqqında məlumatlar
14 mart 1924-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1940-cı ildə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli məktəbi bitirib.
1940 – 1942-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə təhsil alıb.
1946-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.
Hərbi xidmət
1942 – 1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak edib.
Əmək fəaliyyəti
1946 – 1950-ci illərdə M.Qorki adına 10 №-li Nuxa şəhər orta məktəbində rus dili müəllimi işləyib.
1950-ci ildə Azərbaycan KP MK-nı qərarı ilə Azərbaycan Teleqraf Agentliyinin tərcüməçilər və redaktorlar qrupunda fəaliyyətə başlayıb. Bunda az sonra Azərinformun direktor müavini vəzifəsində işləyib. Daha sonrakı illərdə Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzeti redaksiyasında tərcümə şöbəsinin müdiri (1974 – 1986), Azərbaycan KP MK yanında partiya Tarixi institutunun baş elmi işçisi və tərcüməçi redaktoru (1987 – 1991) vəzifələrində çalışıb. Təqaüdə çıxdından sonra Azərbaycan Respublikası Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçisi (1992 – 1993) və AzərTAC-da tərcüməçi-redaktor, Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi (1993 – 2000) kimi əmək fəaliyyətini davam etdirib.
Xatirəsi
2005-ci ildə Cəlil Xəlilovun adına Şəki şəhərində küçə verilmişdir.[1]
Təltiflər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı — 1969.
- “Qırmızı Əmək bayrağı” ordeni — 1980.
- “Əmək veteranı” medalı.
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı.
- Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı.
- “Ustad sənətkar” Ali Jurnalist Mükafatı — 2004
İstinadlar
- ↑ Şəki Şəhər İHB-nın 28.06.2005-ci il tarixli, 1/122 saylı Sərəncamı
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlilov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 188 – 189. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- 1924-cü ildə doğulanlar
- 14 martda doğulanlar
- Martda doğulanlar
- 7 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr