Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Gülyaz Məmmədova

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya: G{{Musiqiçi |Peşəsi = Xanəndə |Şəkil = Gülyaz Məmmədova.jpg |Şəkil məlumat= |Şəkil miqyası = 200 |Fəaliyyəti = solo ifaçı |Adı =...' ilə yarat) tərəfindən edilmiş 17:58, 19 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Gülyaz Məmmədova
Məmmədova Gülyaz Zakir qızı
Gülyaz Məmmədova.jpg
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1970 (1970-05-01) (54 yaş)
Doğum yeri Böyük Dəhnə, Şəki, Azərbaycan
Peşəsi Xanəndə

Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

Gülyaz Məmmədova - xanəndə.Azərbaycan Respublikasının Xalq artisti(2014)

Həyatı

Məmmədova Gülyaz Zakir qızı 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində (keçmiş A.Zeynallı adına Musiqi texnikumu) təhsil almışdır. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "solo oxuma" xanəndəlik fakültəsində təhsil almışdır. 1991-ci ildən 2014-cü il mart ayının 1-dək R.Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında solist vəzifəsində çalışmışdır. 1992-ci ildən Milli Opera və Balet Teatrının  solistidir. 1996-cı ildən Milli Konservatoriyanın nəzdindəki Musiq kollecində pedaqoq kimi fəaliyyət göstərir.

Hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecində (keçmiş Asəf Zeynallı)və Bakı Humanitar Kollecində dərs deyir.

 Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"operasında Leyli, tərəf-müqabilləri Azərbaycanın Respublikasının Xalq artisti, Şöhrət ordenli, proferssor Mənsum İbrahimov(1993-cü il 23 iyun), Xalq artisti Baba Mahmudoğlu, Zahid Quliyev, Əməkdar artist Səbuhi İbayev (2001-ci il sentyabr), İlkin Əhmədov və digərləri olub. Ümumiyyətlə Gülyaz Məmmədova bu günə kimi 105 dəfə Leyli rolunu oynayıb. Bunun ardınca Zülfüqar Hacıbəylinin "Aşıq Qərib" operasında Şahsənəm, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasında Telli, Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Gülbahar, Ramiz Mustafayevin "Vaqif" operasında Xanəndə qız, Üzeyir Hacıbəylinin "Koroğlu" operasında Xanəndə qız, Vasif Adıgözəlovun "Natəvan"operasında Xanəndə qız, Niyazinin "Rast" baletində Xanəndə obrazlarını yaradıb.

2012-ci il may ayınınn 28-30-da Azərbaycanın Gürcüstandakı səfirliyinin dəvəti ilə Tbilisidə və Kutasidə konsert proqramları ilə çıxış edib.

2012-ci ildə rəsmi dəvətlə 7 dəfə Türkmənistanda  qastrol səfərində olub.

2012-cil iyun ayının7-dən 1-6-na kimi NAYO təşkilatı-Norveç-Azərbaycan gənclər təşkilatının dəvəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadənin rəhbərlik etdiyi muğam ansamblı ilə Norveçin paytaxtı Oslo şəhərində keçirilən Saqane beynəlxalq festivalında iştirak edib.

2012-2016-cı illərdə müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə qastrol səfərlərində olub.

Mükafatları

  • Azərbaycan Respublikasının xalq artisti — 18.12.2014[1]

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

Filmoqrafıya

Nəriman Əliyev

Bəylik dərsi

Duet filmlər

Dövlət musiqi fondunda ifasında 300 muğam və mahnıları saxlanılır

İstinadlar

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (azərb.). president.az. 18 dekabr 2014, 19:00. İstifadə tarixi: 2014-12-24.