Aydın Rzayev
Aydın Rzayev | |
---|---|
Rzayev Aydın Tahir oğlu | |
Aydın Rzayev | |
Doğum tarixi | 1937 |
Doğum yeri | Nuxa, AzSSR, SSRİ |
Vəfat tarixi | ? |
Haqqında məlumatlar
1937-ci ildə Nuxada anadan olub.
Təhsili
1956-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li məktəbi,
1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1971-ci ildə təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsin aspiranturasında davam etdirməyə başlayıb.
Elmi fəaliyyəti
Filologiya elmləri doktoru, professor İ.Bektaşinin rəhbərliyi altında “Üzeyir Hacıbəyov və folklor” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib. Bu elmi tədqiqat işi “Çağlayan bulaq” adlı kitab şəklində elmi şuranın qərarı ilə çap olunub.
100-dən artıq elmi, publisistik məqalələri mətbuatda dərc olunub. Bir sıra forum,simpozium, konfrans və sessiyalarda elmi məruzələrlə çıxış edib.
Əmək fəaliyyəti
1973-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində əvvəl baş laborant, sonra isə digər vəzifələrdə çalışıb (2000-ci illərin əvvəllərində Bakı Dövlət Universitetində metodist-müəllim vəzifəsində işləyirdi.).
Bir müddət Azərbaycan Respublikası prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Rzayev Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 491 – 492. — 1.000 nüsx.