Mərdan Feyzullayev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:42, 13 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mərdan Feyzullayev
Mərdan Feyzullayev
Doğum tarixi 3 fevral 1958(1958-02-03)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 13 avqust 2017 (59 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Peşəsi Aktyor
Mükafatları RUS Medal of the Order For Merit to the Fatherland 2nd class ribbon.svg "Tərəqqi" medalı

Mərdan Feyzullayev- "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi

Həyatı və fəaliyyəti

Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.AxundovunSərgüzəşti-vəziri-xani-Lənkəran” və Elcinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir.[1] Şəkidə dəfn olunub.[2]

İstinadlar

  1. Əməkdar artist Mərdan Feyzullayev vəfat edib
  2. ARB Şəki (15.08.2017). "Mərdan Feyzullayev vəfat edib" (azərb.). Youtube.com. İstifadə tarixi: 2017-08-15.

Xarici keçdilər

http://diaspora.gov.az/index.php?options=content&id=560

Mənbə

  • Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu