Əbdülrəhim Məmmədov
Əbdülrəhim Məmmədov | |
---|---|
Məmmədov Əbdülrəhim Əbdülrəhman oğlu | |
Fayl:Əbdülrəhim Məmmədov.JPG | |
Əbdülrəhim Məmmədov | |
Doğum tarixi | 8 mart 1925 |
Doğum yeri | Orta Zəyzid, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 30 dekabr 1998 (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
Nuxa Pedaqoji Texnikumu (1937 – 1940) Nuxa İkiillik Müəllimlər İnstitutu (1940 – 1942) 1945 – 1946-ci illərdə Azərbaycan KP MK yanında Birillik Respublika Təbliğatçılar Məktəbi (1945 – 1946) 1962-ci ildə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbini(ru) (? – 1962 ) |
Təltifləri |
Əbdülrəhim Məmmədov (Məmmədov Əbdülrəhim Əbdülrəhman oğlu; d. 8 mart 1925-ci ildə, Orta Zəyzid, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 30 dekabr 1998-ci ildə, Bakı, Azərbaycan Respublikası) – Azərbaycan sovet partiya və dövlət məmuru; Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsində baş referent (1967 – 1986), Azərbaycan Kommunist Partiyası Nuxa Şəhər Komitəsinin birinci katibi (1960 – 1967) və s. vəzifələrdə çalışıb.
Haqqında məlumatlar
1925-ci ildə Şəki qəzasının Orta Zəyzid kəndində anadan olub.
Təhsili
1931 – 1937-ci illərdə Orta Zəyzid kənd yeddiillik məktəbində,
1937 – 1940-ci illərdə Nuxa Pedaqoji Texnikumunda,
1940 – 1942-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.
1945 – 1946-ci illərdə Azərbaycan KP MK nəzdində Birillik Respublika Təbliğatçılar Məktəbinin dinləyicisi olub.
1962-ci ildə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbini(ru) qiyabi bitirib.
İş yerləri
1942 – 1943-cü illərdə Orta Zəyzit kənd məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini,
1946 – 1951-ci illərdə Azərbaycan LKGİ Nuxa şəhər komitəsinin birinci və ikinci katibi,
1951 – 1952-ci illərdə Azərbaycan LKGİ MK-da şöbə müdirinin müavini, şöbə müdiri,
1952 – 1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsində və Azərbaycan KP MK-da bölmə müdiri və inspektor,
1954-cü ildə Azərbaycan KP Qusar Rayon Komitəsinin ikinci katibi,
1955 – 1959-cu illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin ikinci katibi,
1959 – 1960-ci illərdə əvvəl iki ay Azərbaycan SSR Nazirlər Sovetində sovet orqanları şöbəsinin müdiri, sonra isə bir il Azərbaycan KP MK İmişli Rayon Komitəsinin birinci katibi,
1960 – 1967-ci illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi,
1967 – 1986-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsində baş referent vəzifəsində çalşıb.
1986-cı ildə təqaüdə çıxıb.
Hərbi xidmət
1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, 1945-ci ildə kapitan hərbi rütbəsi ilə sovet ordusundan tərxis olunub.
Siyasi və ictimai aktivliyi
1945-ci ildən ÜİK(b)P-nın üzvü olub.
Azərbaycan LKGİ MK və Azərbaycan KP MK-ya üzv, II çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ);
- medallar.
Vəfatı
Ömrünün son 30 ilini Bakı şəhərində yaşamış, 1998-ci ildə Bakıda vəfat etmiş, Bakıda da dəfn olunmuşdur.
Digər
Ölümündən sonra – 2007-ci ildə, “Ömürdən yadda qalan bəzi xatirələr” adlı kitabı çap olunub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Əbdülrəhim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 373 – 375. — 1.000 nüsx.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1925-ci ildə doğulanlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- 30 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr