“Gülüstan” poeması

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:08, 16 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search

“Gülüstan” poemasıBəxtiyar Vahabzadənin 10-12 iyul tarixləri arasında Nuxada qələmə aldığı tarixi poema. İlk dəfə iki hissədən ibarət olmaqla “Nuxa fəhləsi” qəzetinin 23 oktyabr 1960-cı il tarixli 127 (1941) №-sində və 26 oktyabr tarixli 128 (1941)-ci №-sində dərc olunub;

" Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda vuruşan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə "

ithaf edildiyi göstərilir; həmçinin, redaksiya adından qeyd olunmuşdur ki,

" Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəsetində dərc edilir. "

İkinci hissənin sonunda poemanın 10-12 iyul tarixləri arasında Nuxada qələmə alındığı qeyd olunub.