“Gülüstan” poeması
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:11, 16 avqust 2020 tarixli dəyişiklik
“Gülüstan” poeması– Bəxtiyar Vahabzadənin 10-12 iyul tarixləri arasında Nuxada qələmə aldığı tarixi poema. İlk dəfə iki hissədən ibarət olmaqla “Nuxa fəhləsi” qəzetinin 23 oktyabr 1960-cı il tarixli 127 (1941) №-sində və 26 oktyabr tarixli 128 (1941)-ci №-sində dərc olunub; “Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda vuruşan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə ithaf edildiyi göstərilir”; həmçinin, redaksiya adından qeyd olunub ki,
Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəsetində dərc edilir. |
İkinci hissənin sonunda poemanın 10-12 iyul tarixləri arasında Nuxada qələmə alındığı göstərilib.