Məmmədhənifə Musayev
Məmmədhənifə Musayev | |
---|---|
Musayev Məmmədhənifə Ramazan oğlu | |
Məmmədhənifə Musayev | |
Məmmədhənifə Musayev | |
Doğum tarixi | 2 sentyabr 1941 |
Doğum yeri | Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 17 noyabr 2004 (63 yaşında) |
Elm sahəsi | pedaqigika |
Elmi dərəcəsi | elmlər namizədi |
Elmi adı | professor |
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1958 – 1962) Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutu, aspirantura (1969 – 1972) |
Evladları | Elşən Musayev, Mətanət Musayeva, Təranə Musayeva |
Atası | Ramazan Musayev |
Anası | Səfruz Musayeva |
Məmmədhənifə Musayev – pedaqoq-alim, professor; müxtəlif illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutun rektoru, Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi vəzifələrində çalışıb. 2015 və 2020-ci illərdə 110 saylı Zaqatala Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Elşən Musayevin atasıdır.
Haqqında məlumatlar
1941-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.
Təhsili
Oxud kənd məktəbində oxuyub.
1958 – 1962-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,
1969 – 1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1962 – 1963-cü illərdə Vartaşen rayonunda ibtidai sinif müəllimləri hazırlayan birillik kursun rəhbər-müəllimi olub.
1964 – 1969-cu illərdə Vartaşen rayon təhsil şöbəsində inspektor işləyib.
1972-ci ildən Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun pedaqogika-psixologiya kafedrasında baş müəllim.
1978 – 1984-cü illərdə direktor və pedaqogika-psixologiya kafedrasının müdiri olub.
1984 – 1999-cu illərdə təhsil nazirliyində işləmişdir.
1999 – 2001-ci illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun rektoru,
2001 – 2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1974-cü ildən elmlər namizədi,
1997-ci ildən professordur.
“Azərbaycan dili” dərsliyinin, bir çox dərsliklərin, dərs vəsaitlərinin, 500-dək elmi, metodik, bədii, publisistik məqalənin müəllifidir.
İctimai fəaliyyəti
1980 – 1985-ci illərdə SSRİ Maarif Nazirliyinin Elmi Şurasının üzvü olub.
“Şəki” Xeyriyyə Cəmiyyətinin təsisçisi,
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri idi.
Azərbaycanın radio və televiziya kanallarında təhsil proqramları üzrə verilişlərin aparıcısı olub.
Təltif və mükafatları
- Azərbaycan SSR Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı.
- “SSRİ Maarif əlaçısı” döş nişanı.
Ailəsi
- Atası: Ramazan Musayev Şəki rayonunun Oxud kəndində yaşayıb.
- Anası: Səfurə Musayeva Şəki rayonunun Oxud kəndində yaşayıb.
- Oğlu: Elşən Musayev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir.
İstifadə edilmiş əsas mənbə
- Məmmədov Ə., Xalıqov F. Musayev Məmmədhənifə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 419 – 421. — 1.000 nüsx.
- M
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1941-ci ildə doğulanlar
- 2 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 17 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr