Məmmədhənifə Musayev

Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 19:14, 1 sentyabr 2020 tarixli redaktə
Məmmədhənifə_Musayev3.jpg
Musayev Məmmədhənifə Ramazan oğlu
Məmmədhənifə_Musayev3.jpg
Məmmədhənifə Musayev
Doğum tarixi 2 sentyabr 1941(1941-09-02)
Doğum yeri Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 noyabr 2004 (63 yaşında)
Elm sahəsi pedaqigika
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı professor
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1958 – 1962)

Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutu, aspirantura (1969 – 1972)
Evladları Elşən Musayev, Mətanət Musayeva, Təranə Musayeva
Atası Ramazan Musayev
Anası Səfurə Musayeva

Məmmədhənifə Musayev – pedaqoq-alim, professor; müxtəlif illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutun rektoru, 2001 – 2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi vəzifələrində işləyib. 2015 və 2020-ci illərdə 110 saylı Zaqatala Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Elşən Musayevin atasıdır.

Haqqında məlumatlar

1941-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.

Təhsili

Oxud kənd məktəbində oxuyub.

1958 – 1962-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,

1969 – 1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1962 – 1963-cü illərdə Vartaşen rayonunda ibtidai sinif müəllimləri hazırlayan birillik kursun rəhbər-müəllimi olub.

1964 – 1969-cu illərdə Vartaşen rayon təhsil şöbəsində inspektor işləyib.

1972-ci ildən Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun pedaqogika-psixologiya kafedrasında baş müəllim,

1978 – 1984-cü illərdə direktor və pedaqogika-psixologiya kafedrasının müdiri olub.

1984 – 1999-cu illərdə təhsil nazirliyində işləmişdir.

1999 – 2001-ci illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun rektoru,

2001 – 2004-cü illərdə isə Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi olub.

Elmi fəaliyyəti

1974-cü ildə elmlər namizədi elmi dərəcəsi,

1997-ci ildə professor elmi adını alıb.

“Azərbaycan dili” dərsliyinin, bir çox dərsliklərin, dərs vəsaitlərinin, 500-dək elmi, metodik, bədii, publisistik məqalənin müəllifidir.

İctimai fəaliyyəti

1980 – 1985-ci illərdə SSRİ Maarif Nazirliyinin Elmi Şurasının üzvü olub.

“Şəki” Xeyriyyə Cəmiyyətinin təsisçisi,

1995 – 2004-cü illərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri olub.

Azərbaycanın radio və televiziya kanallarında təhsil proqramları üzrə verilişlərin aparıcısı olub.

Təltif və mükafatları

  • Azərbaycan SSR Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı.
  • “SSRİ Maarif əlaçısı” döş nişanı.

Ailəsi

  • Atası: Ramazan Musayev Şəki rayonunun Oxud kənd sakini.
  • Anası: Səfurə Musayeva Şəki rayonunun Oxud kənd sakini.
  • Oğlu: Elşən Musayev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri.
  • Qızı: Mətanət Musayeva, həkim.
  • Qızı: Təranə Musayeva, Azərbaycan Tibb Universitetinin müəllimi.

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə