Nəsib Muxtarov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Xarici keçidlər) tərəfindən edilmiş 18:38, 16 sentyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nəsib Muxtarov
Nəsib Muxtarov
Doğum tarixi 3 oktyabr 1951(1951-10-03)
Doğum yeri Nuxa (Şəki)
Vəfat tarixi 25 yanvar 2019 (67 yaşında)
Vəfat yeri Şəki
İş yeri AMEA-nın Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisi
Təhsili Azərbaycan Dövlət Univeristetinin tarix fakültəsi

Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. Şəki rayonu Fazıl kəndi ərazisində yeraltı muzeyin yaradılmasında, şimal-qərb bölgəsində arxeoloji abidələrin mühafizəsində böyük xidmətləri olub. Azərbaycanın şimal-şərq bölgəsində aparılmış arxeoloji tədqiqatlar barədə çoxsaylı elmi məqalələrin, “Qalayeri-daş” monoqrafiyasının müəllifidir.

Həyatı və fəaliyyəti

Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olub. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsində əyani ali təhsil alır. Təhsilini bitirdikdən sonra Rəşid bəy Əfəndiyev adına Şəki Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində çalışıb. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir).

Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işində yaxından iştirak edib. O, 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeoloji-etnoqrafik qrupunun rəhbəri, İnstitutun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyanın rəisi olub. Onun rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiya respublikanın şimal-qərb bölgəsində tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid çoxlu sayda abidələr aşkar etmiş, bölgənin etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparmışdır.

Nəsib Muxtarov 2015-ci il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində xüsusi diplomla təltif edilmişdir[1]

Nəsib Muxtarov uzun sürən xəstəlikdən sonra 68 yaşında 2019-cu il yanvarın 25-də Şəki şəhərində vəfat edib.


İstinadlar

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə

  • Şəkillər: 1, 2,3.