Mürvət Əliyev

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:13, 21 sentyabr 2020 tarixli dəyişiklik

Mürvət Əliyev – Azərbaycan sovet partiya məmuru, pedaqoq. 1990 – 1991-cu illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi olmuş, 1990-cı ildə Azərbaycan SSR xalq deputatı, 1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin yeni yaradılmış Milli Şurasına üzv seçilimişdir. Hal-hazırda (2020) Azərbaycan Pedaqoji İnstitutunun Quba Filialında pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi vəzifəsində çalışır.

Mürvət Əliyev
Əliyev Mürvət Nurəli oğlu
Mürvət Əliyev
Doğum tarixi 1940(1940-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Quba rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Haqqında məlumatlar

1940-cı ildə anadan olub.

1989 – 1990-cı illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi,

1990 – 1991-ci illərdə isə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb.

1990-cı ildə 328 nömrəli Aşağı Göynük seçki dairəsindən Azərbaycan SSR xalq deputatı,

1991-ci ilin 26 noyabrında isə yeni təşkil edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına üzv seçilib.

Həmçinin, bax:

İstifadə edilmiş mənbələr

  • Deputatlığa namizədlər qeydə alınmışlar (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 30 avqust 1990. — № 23 – 24 (1626). — Səh. 1.
  • "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI". http://www.e-qanun.gov.az/ (azərb.). 26 noyabr 1991-ci il. 20 Sep 2020 tarixində arxivləşdirilib.