Fərrux Yusifov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:20, 25 sentyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fərrux Yusifov
Yusifov Fərrux Oruc oğlu
Fərrux Yusifov
Fərrux Yusifov, 1967-ci il
Doğum tarixi 17 aprel 1916(1916-04-17)
Doğum yeri Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 3 iyul 1976 (60 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İş yeri SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri (1971 – 1976)
Elmi dərəcəsi elmlər doktoru
Təhsili Nuxa Pedaqoji Texnikumu; Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Mükafatları "Qırmızı Ulduz" ordeni"Qırmızı Ulduz" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni

Fərrux Yusifov (Yusifov Fərrux Oruc oğlu; d. 17 aprel 1916-cı ildə, Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 3 iyul 1976-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru. Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1954 – 1957), Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1957 – 1960) və s. vəzifələrdə çalışmışdır, vəfat edərkən isə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri idi.

Haqqında məlumatlar

1916-cı ildə Nuxa qəzasının Kiş kəndində anadan olub.

Təhsili

Əvvəl pedaqoji orta (1940-ci ildən əvvəl), Böyük Vətən müharibəsindən sonra (1945) isə ali təhsil alıb, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

İş yerləri

1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində işləyib.

1950 – 1969-cu illərdə Azərbaycan KP MK-da instruktor, Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi, Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1954 – 1957), Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1957 – 1960), Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənəni-maarif kafedrasının müdiri və s. vəzifələrdə çalışıb.

1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib, 1971-ci ildən elmi kommunizim kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

Namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.

İctimai fəallığı

Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarına nümayəndə seçilib.

Hərbi xidmət

1940-cı ildə hərbi xidmətə gedib, Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib.

Mükafatları

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.

Digər

Aidiyyəti linklər

  • "ЮСУБОВ, ФАРРУХ ОРУДЖ ОГЛЫ" (русский). июня 15, 2019. 6 Jul 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə